Bu Şəhərdə

Fransada müsəlmanlara çağırış edildi

Tarix:28-04-2025, 10:58
Baxış Sayı:522

Fransada islamofobiya sərtləşir, müsəlmanlara, məscidlərə hücum edilir. Fransa Müsəlman Dini Şurası ibadət edənlərə məscidlərdə tək qalmamağı, təcrid olunmamağı tövsiyə edib və hökuməti müsəlmanların ibadət yerlərində təhlükəsizliyi gücləndirməyə çağırıb.

“Grand-Combe” məscidində bıçaqlı hücum nəticəsində 22 yaşlı gənc öldürülüb. Bu qanlı hadisədən sonra Fransa Müsəlman Dini Şurası (CFCM) ölkədəki müsəlmanları son dərəcə ayıq olmağa çağırıb.

CFCM bu hücumun mediada yanlış işıqlandırılmasına təəssüflənib. Mətbuatda hadisənin iki dindar arasında baş verən şəxsi münasibətlər zəminindən qaynaqlandığı bildirilib.

Şura mərhumun ailəsinə və bu islamafobiya terror aktından dərin sarsıntı keçirmiş Fransadakı bütün müsəlmanlara dərin hüznlə başsağlığı verib.

Xatırladaq ki, 22 yaşlı Abubakar “Grand-Combe” məscidində olarkən bıçaqlı hücuma məruz qalıb.

Baş nazir Fransua Bayrou islamofob alçaqlığı pisləyərək, qatilin tutularaq cəzalandırılmasını təmin etmək üçün dövlətin resurslarının səfərbər edildiyini bildirib.

Təbiətin keşikçisi – Eldəniz Kərimovun nümunəvi fəaliyyəti
Təbiətin keşikçisi – Eldəniz Kərimovun nümunəvi fəaliyyəti
Energetika sahəsində islahatların öncülü – Vüqar Əliyev
Energetika sahəsində islahatların öncülü – Vüqar Əliyev
Xidmətə sadiq rəhbər – Adıgözəl Məmmədov
Xidmətə sadiq rəhbər – Adıgözəl Məmmədov
Elm və Təhsilin Fədaisi – Professor Adil Baxşəliyev
Elm və Təhsilin Fədaisi – Professor Adil Baxşəliyev
Türkiyə İstanbul danışıqlarında onların iştirakına icazə verməməlidir - KİV
Türkiyə İstanbul danışıqlarında onların iştirakına icazə verməməlidir - KİV
Bu günə olan hava PROQNOZU
Bu günə olan hava PROQNOZU
Diş ağrısı deyib keçməyin - VACİB XƏBƏRDARLIQ
Diş ağrısı deyib keçməyin - VACİB XƏBƏRDARLIQ
Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür
Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür