Bu Şəhərdə

Energetika sahəsində islahatların öncülü – Vüqar Əliyev

Tarix:1-06-2025, 16:24
Baxış Sayı:526

 

Azərbaycanın enerji sektorunda son illərdə həyata keçirilən genişmiqyaslı islahatlar və modernləşdirmə tədbirləri ölkənin enerji təhlükəsizliyinin və dayanıqlığının təmin olunmasında mühüm rol oynayıb. Bu prosesdə “Azərenerji” ASC-nin prezidentinin ümumi işlər üzrə müşaviri Vüqar Əliyevin fəaliyyəti xüsusi qeyd olunmalıdır.

Vüqar Əliyev “Azərenerji” ASC-nin “Reabilitasiya Proqramı” çərçivəsində ölkənin enerji infrastrukturunun yenidən qurulması və modernləşdirilməsi istiqamətində aparılan işlərdə fəal iştirak edib. Onun rəhbərliyi ilə Mingəçevirdə yerləşən “Azərbaycan” İstilik Elektrik Stansiyası da daxil olmaqla, 12 elektrik stansiyasında və 17 sistem əhəmiyyətli yarımstansiyada 100-dən artıq təyinat üzrə yenidənqurma, təmir və bərpa işləri həyata keçirilib. 

Bundan əlavə, 35 elektrik stansiyası və 150 yarımstansiyanı əhatə edən SCADA Dispetçer İdarəetmə Sistemi yenidən qurulub. Bu tədbirlər nəticəsində enerji sistemində qəza rejimlərinin məhdudlaşdırılması və tam ləğvi üçün mikroprosessor texnikasının tətbiqi və yeni əks qəza avtomatika kompleksləri yerinə yetirilib. 

Vüqar Əliyev bildirib ki, 2018-2021-ci illəri əhatə edən “Reabilitasiya Proqramı”nın həyata keçirilməsində əsas məqsəd itirilmiş gücləri bərpa etmək, enerji sisteminin etibarlılığını və dayanıqlığını təmin edərək inkişafa nail olmaqdır. Proqram çərçivəsində 800 MVt-dan artıq “itirilmiş” gücün bərpası planlaşdırılıb. 

Vüqar Əliyev “Azərenerji” ASC-nin fəaliyyəti barədə ictimaiyyətin dolğun və obyektiv şəkildə məlumatlandırılmasına xüsusi önəm verir. O, media nümayəndələri ilə sıx əməkdaşlıq edərək, görülən işlərin və həyata keçirilən layihələrin geniş ictimaiyyətə çatdırılmasını təmin edir. Bu məqsədlə təşkil olunan tədbirlərdə və konfranslarda fəal iştirak edir. 

Vüqar Əliyevin rəhbərliyi və təşəbbüsləri ilə həyata keçirilən bu tədbirlər Azərbaycanın enerji sektorunun inkişafına və enerji təhlükəsizliyinin təmin olunmasına mühüm töhfələr verib. Onun fəaliyyəti nəticəsində enerji infrastrukturunun modernləşdirilməsi və dayanıqlığının artırılması istiqamətində əhəmiyyətli nailiyyətlər əldə olunub.

DİN xəbərdarlıq etdi: Dərhal blok edin!
DİN xəbərdarlıq etdi: Dərhal blok edin!
Qurban bayramının namaz vaxtı açıqlanıb – RƏSMİ
Qurban bayramının namaz vaxtı açıqlanıb – RƏSMİ
İlham Əliyev Pakistanın energetika nazirini qəbul etdi - YENİLƏNDİ
İlham Əliyev Pakistanın energetika nazirini qəbul etdi - YENİLƏNDİ
İçərişəhərlə bağlı yeni məhdudiyyət
İçərişəhərlə bağlı yeni məhdudiyyət
Adı gizli saxlanılır: İranın Azərbaycana təyin etdiyi yeni səfir kimdir?
Adı gizli saxlanılır: İranın Azərbaycana təyin etdiyi yeni səfir kimdir?
Ukrayna Rusiyanın strateji bazalarını bu məqsədlə vurub: Moskvanın cavabı necə olacaq?
Ukrayna Rusiyanın strateji bazalarını bu məqsədlə vurub: Moskvanın cavabı necə olacaq?
Sabah leysan yağacaq, güclü külək əsəcək
Sabah leysan yağacaq, güclü külək əsəcək
"Azpulmat" - sərfəli pul mənbəyi, yoxsa borc bataqlığı?
"Azpulmat" - sərfəli pul mənbəyi, yoxsa borc bataqlığı?