Bu Şəhərdə

Diş ağrısı deyib keçməyin - VACİB XƏBƏRDARLIQ

Tarix:1-06-2025, 16:13
Baxış Sayı:466

Üz ağrısı, çənədə uyuşma və danışma çətinliyi kimi simptomlar bəzən Dağınıq Skleroz (MS) xəstəliyinin ilk əlamətləri ola bilər.

Türkiyədə bu xəstəliklə təxminən 80 min insan mübarizə aparır və əlamətlərin erkən aşkarlanması həyati əhəmiyyət daşıyır.

Dosent Doktor Nurettin Diker bildirib ki, bəzi hallarda MS ilk olaraq beyindən deyil, ağız və çənə nahiyəsindən özünü göstərir:

"Üz ağrısı, çənədə uyuşma, udma və danışma çətinliyi kimi şikayətlərlə bizə müraciət edən xəstələrdə əslində MS-in ilkin əlamətləri müşahidə edilir. Təəssüf ki, bu hallar bəzən illərlə düzgün diaqnoz qoyulmadığı üçün müalicə gecikir", - deyə mütəxəssis qeyd edib.

Dikerin sözlərinə görə, diş həkimləri də bu əlamətləri fərq edərək erkən diaqnoz üçün həkimə yönləndirə bilərlər. MS xəstələrində diş əti xəstəlikləri və kariyes riski daha yüksək olur ki, bu da yalnız ağız sağlamlığını deyil, ümumi sağlamlığı da təhdid edir.

"Əgər ağızda boşluq olmadığı halda üzdə bıçaqlanma kimi ağrılar hiss edilirsə, bu sinir mənşəli ola bilər və MS ehtimalı nəzərdən keçirilməlidir", - deyə o əlavə edib.

Mütəxəssis onu da vurğulayıb ki, MS-in müalicəsində istifadə edilən bəzi dərmanlar (antidepresanlar, antikonvulsanlar, kortikosteroidlər və s.) ağızda quruluq, dad itkisi, yanma hissi və digər xoşagəlməz təsirlərə səbəb ola bilər. Bu səbəbdən MS xəstələrinin diş müalicələri səhər saatlarına planlaşdırılmalı və qısa müddətli aparılmalıdır.

DİN xəbərdarlıq etdi: Dərhal blok edin!
DİN xəbərdarlıq etdi: Dərhal blok edin!
Qurban bayramının namaz vaxtı açıqlanıb – RƏSMİ
Qurban bayramının namaz vaxtı açıqlanıb – RƏSMİ
İlham Əliyev Pakistanın energetika nazirini qəbul etdi - YENİLƏNDİ
İlham Əliyev Pakistanın energetika nazirini qəbul etdi - YENİLƏNDİ
İçərişəhərlə bağlı yeni məhdudiyyət
İçərişəhərlə bağlı yeni məhdudiyyət
Adı gizli saxlanılır: İranın Azərbaycana təyin etdiyi yeni səfir kimdir?
Adı gizli saxlanılır: İranın Azərbaycana təyin etdiyi yeni səfir kimdir?
Ukrayna Rusiyanın strateji bazalarını bu məqsədlə vurub: Moskvanın cavabı necə olacaq?
Ukrayna Rusiyanın strateji bazalarını bu məqsədlə vurub: Moskvanın cavabı necə olacaq?
Sabah leysan yağacaq, güclü külək əsəcək
Sabah leysan yağacaq, güclü külək əsəcək
"Azpulmat" - sərfəli pul mənbəyi, yoxsa borc bataqlığı?
"Azpulmat" - sərfəli pul mənbəyi, yoxsa borc bataqlığı?