Bu Şəhərdə

İran sərhədini keçən Azərbaycan vətəndaşlarının sayı açıqlandı

Tarix:Dünən, 22:34
Baxış Sayı:522


İsrail və İran arasında yaranmış mövcud qarşıdurma ilə əlaqədar İsrail Dövlətindəki Səfirliyimizdə, İran İslam Respublikasındakı Səfirliyimizdə, habelə Təbriz şəhərindəki Baş Konsulluğumuzda yaradılmış qaynar xətlərə daxil olan müraciətlərə gündəlik əsasda baxılır.

Bu barədə Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadənin açıqlamasında deyilir.

"İranı tərk etmək istəyən Azərbaycan Respublikası vətəndaşlarının, eləcə də, digər ölkələrin vətəndaşlarının quru sərhədindən keçidi istiqamətində müvafiq icazələrin alınması üçün tədbirlər davam etdirilir. İsraildə vətəndaşlarımız müvafiq olaraq qonşu Misir və İordaniyaya yönləndirilir.

İndiyə qədər İrandakı Səfirliyimiz və Baş Konsulluğumuza ümumilikdə 500 nəfərə yaxın Azərbaycan vətəndaşının müraciəti daxil olub, onlardan 60 nəfərdən artıq vətəndaşımız sərhədi keçib. Bununla yanaşı, 51 ölkədən 1200-dən artıq müraciət hal-hazırda nəzərdən keçirilir və onların sərhəddən keçidinə müvafiq icazələr təmin olunur.

İsraildə olan 34 nəfər vətəndaşımızın İordaniyaya keçidi üçün müvafiq tədbirlər görülüb", - o qeyd edib.

Baş prokuror Türkiyənin Baş ombudsmanı ilə görüşdü
Baş prokuror Türkiyənin Baş ombudsmanı ilə görüşdü
Qəhvə bu formada içiləndə ömrü uzadır
Qəhvə bu formada içiləndə ömrü uzadır
Vardanyanın məhkəməsi keçirilib - Zərərçəkmişlər ifadə verib
Vardanyanın məhkəməsi keçirilib - Zərərçəkmişlər ifadə verib
İran sərhədini keçən Azərbaycan vətəndaşlarının sayı açıqlandı
İran sərhədini keçən Azərbaycan vətəndaşlarının sayı açıqlandı
ABŞ HƏRƏKƏTƏ KEÇDİ - Yaxın Şərqə xüsusi qrup göndərir
ABŞ HƏRƏKƏTƏ KEÇDİ - Yaxın Şərqə xüsusi qrup göndərir
İsraillilərə ÇAĞIRIŞ ETDİ: "Canlarınızı xilas etmək üçün şəhərləri tərk edin"
İsraillilərə ÇAĞIRIŞ ETDİ: "Canlarınızı xilas etmək üçün şəhərləri tərk edin"
Bu şənbə rəsmi iş günüdür
Bu şənbə rəsmi iş günüdür
Çin insan beyninə implant yerləşdirdi: Artıq düşüncə ilə videooyun oynayır
Çin insan beyninə implant yerləşdirdi: Artıq düşüncə ilə videooyun oynayır