İranın Baş Qərargah rəisi Əbdülrəhim Musəvi Hayfa və Təl-Əviv sakinlərinə bu şəhərləri tərk etmələri üçün çağırış edib.
Bu barədə İran dövlət televiziyası məlumat yayıb.
“Xüsusən də Təl-Əviv və Hayfa sakinlərinə canlarını xilas etmək üçün bölgəni tərk etmələri barədə xəbərdarlıq edilir”, - Musəvi bildirib.
Qeyd edilib ki, Hayfa və Təl-Əviv İranın raket hücumları və dron hücumları üçün ən çox hədəflərdir.