Bu Şəhərdə

Sarıcalıya növbəti köç karvanı yola salındı

Tarix:30-04-2025, 11:07
Baxış Sayı:422

Ağdam rayonunun Sarıcalı kəndinə növbəti köç karvanı yola salınıb.

Ağdam rayonunun yenidən qurulmuş Sarıcalı kəndinə bu mərhələdə 35 ailə – 158 nəfər köçürülür.

Köçürülən ailələrdən 16-sı (82 nəfər) Bakı şəhərindən, 14-ü (52 nəfər) Ağdam, 3-ü (12 nəfər) Yevlax, 2-si (12 nəfər) isə Ağcabədi rayonlarındandır.

Köçürülən ailələr ölkənin müxtəlif bölgələrində, əsasən yataqxanalarda, sanatoriyalarda və inzibati binalarda müvəqqəti məskunlaşmış keçmiş məcburi köçkünlərdir.

Beləliklə, bu köç prosesi ilə rayonun Sarıcalı kəndinə köçürülənlərin sayı 767 nəfərə (184 ailə) çatacaq.

Qeyd edək ki, hazırda Qarabağ və Şərqi Zəngəzur bölgələrində, ora köçürülmüş keçmiş məcburi köçkünlərlə yanaşı, həyata keçirilən bərpa və quruculuq layihələrində çalışan, həmçinin müxtəlif dövlət qurumlarının yerli strukturlarında xidməti vəzifələrini yerinə yetirən şəxslər, səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye və energetika sahələrində fəaliyyət göstərən mütəxəssislər daxil olmaqla, ümumilikdə 40 mindən çox insan yaşayır.

Sarıcalıya növbəti köç karvanı yola salındı
Sarıcalıya növbəti köç karvanı yola salındı
Nazirdən HƏYƏCAN TƏBİLİ: "Hindistan yaxın saatlarda Pakistanı VURACAQ"
Nazirdən HƏYƏCAN TƏBİLİ: "Hindistan yaxın saatlarda Pakistanı VURACAQ"
Bu gün XTQ-nin yaradılmasından 26 il ötür
Bu gün XTQ-nin yaradılmasından 26 il ötür
ADNA-da terror aktı törədilməsindən 16 il ötür
ADNA-da terror aktı törədilməsindən 16 il ötür
Paşinyanın MİT və Mi6 şefi ilə gizli görüşü - Zəngəzur dəhlizində nələr hazırlanır?
Paşinyanın MİT və Mi6 şefi ilə gizli görüşü - Zəngəzur dəhlizində nələr hazırlanır?
"D" vitamini çatışmazlığını aradan qaldırmağın ən sadə üsulları açıqlandı
"D" vitamini çatışmazlığını aradan qaldırmağın ən sadə üsulları açıqlandı
Uşaq müalicəsində buraxılan təhlükəli səhvlər: Aspirin və antibiotiklərə aid vacib faktlar
Uşaq müalicəsində buraxılan təhlükəli səhvlər: Aspirin və antibiotiklərə aid vacib faktlar
Yuxuya gedərkən "yıxılma hissi"nin gözlənilməz səbəbi açıqlanıb
Yuxuya gedərkən "yıxılma hissi"nin gözlənilməz səbəbi açıqlanıb