Bu Şəhərdə

Yuxuya gedərkən "yıxılma hissi"nin gözlənilməz səbəbi açıqlanıb

Tarix:30-04-2025, 11:02
Baxış Sayı:444

Yuxuya gedərkən yaşanan "yıxılma hissi" və bədəndə qəfil sarsıntılar kofein, nikotin istifadəsi və streslə əlaqəli ola bilər. Lakin bu, yeganə səbəb deyil. Bəzi antidepressantlar, xüsusilə SSRI (seçici serotonin gerialım inhibitorları) qrupuna daxil olan dərmanlar da bu halın yaranmasına səbəb ola bilər.

Bu barədə Səudiyyə Ərəbistanının İmam Məhəmməd bin Səud adına İslam Universitetinin alimləri açıqlama veriblər. Tədqiqatın nəticələri "Cureus" adlı elmi jurnalda dərc olunub.

Mütəxəssislərin bildirdiyinə görə, bu vəziyyət "hipnotik sarsıntı" adlanır və adətən zərərsiz olur. Lakin bəzi hallarda bu hal yuxusuzluq, stres və narahatlıq səviyyəsini artıra bilər. Alimlər hesab edirlər ki, SSRI tərkibli dərmanlar beynin kimyəvi tarazlığını dəyişdirdiyindən bu cür reaksiyalara səbəb ola bilir.

Tədqiqatçılar bildirirlər ki, həkimlər bu yan təsirləri nəzərə alaraq pasiyentlərə düzgün dozada dərman təyin etməlidirlər.

Qeyd edək ki, SSRI üçüncü nəsil antidepressantların farmakoterapevtik qrupuna aiddir və əsasən təşviş pozuntuları ilə depressiyanın müalicəsində istifadə olunur.

Sarıcalıya növbəti köç karvanı yola salındı
Sarıcalıya növbəti köç karvanı yola salındı
Nazirdən HƏYƏCAN TƏBİLİ: "Hindistan yaxın saatlarda Pakistanı VURACAQ"
Nazirdən HƏYƏCAN TƏBİLİ: "Hindistan yaxın saatlarda Pakistanı VURACAQ"
Bu gün XTQ-nin yaradılmasından 26 il ötür
Bu gün XTQ-nin yaradılmasından 26 il ötür
ADNA-da terror aktı törədilməsindən 16 il ötür
ADNA-da terror aktı törədilməsindən 16 il ötür
Paşinyanın MİT və Mi6 şefi ilə gizli görüşü - Zəngəzur dəhlizində nələr hazırlanır?
Paşinyanın MİT və Mi6 şefi ilə gizli görüşü - Zəngəzur dəhlizində nələr hazırlanır?
"D" vitamini çatışmazlığını aradan qaldırmağın ən sadə üsulları açıqlandı
"D" vitamini çatışmazlığını aradan qaldırmağın ən sadə üsulları açıqlandı
Uşaq müalicəsində buraxılan təhlükəli səhvlər: Aspirin və antibiotiklərə aid vacib faktlar