Bu Şəhərdə

Bakı tələb edir, İrəvan seçim qarşısında: ya tarixi torpaqlar, ya da... - General AÇIQLADI

Tarix:25-09-2024, 09:52
Baxış Sayı:0

“Tarixdə müharibə təzminatı ilə bağlı bir sıra nümunələr var. Onlardan biri də Türkiyə ilə Yunanıstan arasında gedən müharibədə Yunanıstanın məğlub olmasından sonrakı proseslərdir. Belə ki, Yunanıstan iqtisadi şərtlərə görə təzminatı ödəyə bilmədi. Buna görə də Türkiyə təzminat qarşılığında Ədirnənin Karaağaç mahalını onlardan geri aldı”.

Bu sözləri ehtiyatda olan general Yücel Karauz açıqlamasında deyib.

O bildirib ki, 1988-ci ildən bəri Ermənistan Azərbaycan torpaqlarına, tarixi irsinə, dini və mədəni abidələrinə, dəyərlərinə və xalqına böyük ziyan vurub:

“Azərbaycanın bütün bunlara görə təzminat tələb etməsi normaldır. Ancaq Ermənistanın bu tələbi yerinə yetirməyə gücü çatmır. Təzminat verməyin müxtəlif yolları var. Məsələn, Azərbaycan tərəfi 1988-ci ilə qədər azərbaycanlıların yaşadığı torpaqları geri istəyə bilər. Buna Ermənistan müsbət yanaşarsa, Azərbaycan da təzminat məsələsini bağlaya bilər. 32 il Azərbaycana dəymiş ziyanın əvəzi mütləq ödənilməlidir. İrəvan təzminat ödəyərək hüquqi öhdəliyini yerinə yetirməlidir. Ermənistanın Azərbaycana qarşı hərbi müdaxiləsi beynəlxalq hüququn fundamental prinsiplərini pozan və beynəlxalq hüquq tərəfindən qadağan edilmiş təcavüz aktıdır”.

General diqqətə çatdırıb ki, təzminat məsələsi tarix boyu dövlətlərarası münasibətlərdə daha çox ticarət müstəvisində olub:

“Buna görə də Azərbaycan xalqının daha əvvəl yaşadığı bölgələrin araşdırılması və buna uyğun olaraq təsdiqlənməsi vacibdir. Sülh müqaviləsi imzalanarkən bu məqamlara diqqət yetirmək lazımdır. Ermənistan konstitusiyasında həm Türkiyə, həm də Azərbaycanın əleyhinə maddələr var. Bu məsələyə də aydınlıq gətirilib, düzəlişlər edilməlidir. Ermənistanda konstitusiya islahatları ilə bağlı referendumun 2027-ci ildə keçirilməsi planlaşdırılır. Lakin bütün bunlar mümkün qədər tez olmalıdır”.

Qərbin şok planı yayıldı: Belarusa hücum olacaq - Bu ərazilər tutulacaq
Qərbin şok planı yayıldı: Belarusa hücum olacaq - Bu ərazilər tutulacaq
Valideynlərin nəzərinə: Uşaqlar arasında təhlükəli virus YAYILIR
Valideynlərin nəzərinə: Uşaqlar arasında təhlükəli virus YAYILIR
Sülh müqaviləsinin razılaşdırılmayan iki bəndi: Bakı İrəvandan nə tələb edir?
Sülh müqaviləsinin razılaşdırılmayan iki bəndi: Bakı İrəvandan nə tələb edir?
Türkiyədən ABŞ-a "Suriya" təklifi: Ankara görün hansı şərtləri irəli sürdü
Türkiyədən ABŞ-a "Suriya" təklifi: Ankara görün hansı şərtləri irəli sürdü
Azərbaycanlı Lalə yenə Rusiyanı fəth etdi: Bu dəfə...
Azərbaycanlı Lalə yenə Rusiyanı fəth etdi: Bu dəfə...
Eynşteynin nisbilik nəzəriyyəsi təsdiqləndi
Eynşteynin nisbilik nəzəriyyəsi təsdiqləndi
COP29-un iştirakçısı: "Azərbaycanda az inkişaf etmiş ölkələrin problemləri gündəmə gətirilir"
COP29-un iştirakçısı: "Azərbaycanda az inkişaf etmiş ölkələrin problemləri gündəmə gətirilir"
COP29 tədbirinin vaxtı uzadıldı
COP29 tədbirinin vaxtı uzadıldı