Bu Şəhərdə

Yeni bir 11 sentyabr hücumu planlaşdırılır? - Gizli hesabat

Tarix:Bu gün, 13:00
Baxış Sayı:411

ABŞ-ın Afrika Komandanlığının rəhbəri general Maykl Lenqli və komandası tərəfindən hazırlanan gizli hesabat Pentaqon və Mərkəzi Kəşfiyyat İdarəsinə təqdim olunub.

Bu barədə ABŞ Konqresinə yaxınlığı ilə tanınan “Hill” məlumat yayıb.

Hesabatda Afrikanın qərbində yerləşən Sahel bölgəsində Mali, Burkino-Faso və Nigerdə fəaliyyət göstərən radikal islamçı terror qruplarının ABŞ-a qarşı yeni bir "11 Sentyabr" hücumu planlaşdıra biləcəyi qeyd olunub. Hesabatda Rusiyanın bu qruplara dəstək verdiyi də bildirilir:

“Sahel bölgəsində Fransa və ABŞ-ın hərbi mövcudluğu yeni çevrilişlərdən sonra zəifləyib, hərbi bazaların çoxu bağlanıb. Bu boşluğu isə Rusiyanın “Vaqner” qruplaşması doldurub. Xüsusilə Burkino-Fasoda güclənən “Camaat Nüsrət əl-İslam vəl-Müslimin” adlı terror təşkilatı ABŞ-a qarşı böyük hücumlar planlayır. Təşkilatın insan alveri şəbəkəsinin də olduğu bildirilir. Hazırda 6 min silahlı üzvü var. Saheldə fəaliyyət göstərən Rusiyaya bağlı hərbi şirkətlər artıq yerli əhali ilə toqquşur və mülki şəxsləri də hədəfə alır. Bölgədəki bütün radikal qrupların ortaq məqsədi Sahelin sahilyanı ərazilərini nəzarətə götürmək və buradan beynəlxalq terror maliyyələşdirmə şəbəkəsi qurmaqdır.

Artıq Sahel bölgəsi təkcə yerli yox, eyni zamanda qlobal təhlükəsizlik üçün də ciddi geosiyasi təhdid zonası sayılır. ABŞ üçün bu bölgədə təcili tədbirlər görmək və müttəfiqlərlə əməkdaşlıq qurmaq həyati əhəmiyyət daşıyır”.

Rusiya ABŞ və İrana görə HƏRƏKƏTƏ KEÇDİ
Rusiya ABŞ və İrana görə HƏRƏKƏTƏ KEÇDİ
Bu gün 33 dərəcə isti olacaq
Bu gün 33 dərəcə isti olacaq
Yeni bir 11 sentyabr hücumu planlaşdırılır? - Gizli hesabat
Yeni bir 11 sentyabr hücumu planlaşdırılır? - Gizli hesabat
Ekspert qlobal istiləşmənin əsas səbəbini AÇIQLADI
Ekspert qlobal istiləşmənin əsas səbəbini AÇIQLADI
25 ilə insanlar 1000 il yaşaya biləcək
25 ilə insanlar 1000 il yaşaya biləcək
Vanqadan qalmaqallı proqnoz: İnsanlar bu il ilk dəfə yadplanetlilərlə tanış olacaq
Vanqadan qalmaqallı proqnoz: İnsanlar bu il ilk dəfə yadplanetlilərlə tanış olacaq
Alkoqol 7 növ xərçəngə səbəb olurmuş
Alkoqol 7 növ xərçəngə səbəb olurmuş
Sabunçu bazarında yanğın baş verdi - Video
Sabunçu bazarında yanğın baş verdi - Video