Bu Şəhərdə

İrəvandan Bakıya göndərilən "strateji saziş"in detalları: Nikolun planı nədir?

Tarix:22-11-2024, 10:05
Baxış Sayı:444

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində növbəti analitik süjet hazırlanıb.

"Rəsmi Bakı da bu diplomatik fırıldağı qəbul etmədi" adlı süjetdə COP29 tədbiri çərçivəsində iki ölkə arasında sülh sazişinə dair sənədlərin imzalanması gözləntisinin nəticə verməməsinin səbəblərindən bəhs olunub.

Bildirilib ki, Bakıda qlobal iqlim problemlərinin müzakirəsi davam etdiyi vaxt, sülh sazişinin imzalanması ümidləri arxa plana keçib: "Bakıya gəlməyən erməni baş nazir bildirib ki, Ermənistanla Azərbaycan təkcə sülh sazişi və digər müqavilələr yox, strateji saziş də bağlamalıdır. Ermənistanın bu məsələdə əsas məqsədi sülh sazişinin imzalanmasından sonrakı dövrdə maraqlarını təmin etməkdir. Bu, həm də sülh sazişində rəsmi İrəvanın maraqlarının tam əksini tapmadığından xəbər verir.

Qeyd olunub ki, Paşinyanın təklif etdiyi "strateji saziş"də məqsəd məhz tarixi torpaqlarımız olan Qərbi Azərbaycan üzərində Ermənistanın legitimlik qazanmasıdır: "Çünki Azərbaycan və Ermənistan BMT-yə qəbul edilsə də, iki ölkə arasındakı sərhəd bütövlükdə müəyyənləşmədiyi müddətdə Ermənistanın Paşinyanın da dediyi kimi, "kadastrı" olmayacaq. Bu, mövcud sərhədlərin istənilən vaxt tarixi torpaqlarımızın dərinliklərinə doğru dəyişməsi perspektivini özündə saxlayacaq. Ermənistan hakimiyyəti bu perspektivin qarşısını almaq, bununla həm də öz yurdundan qovulmuş qərbi azərbaycanlıların geri qayıtmasını, ümumilikdə Qərbi Azərbaycan konsepsiyasını arxa plana keçirməyi düşünür".

Süjetdə diqqətə çatdırılıb ki, erməni ekspertlər Nikol Paşinyanın İlham Əliyevin qarşısında növbəti kapitulyasiyaya (red: ilk kapitulyasiya aktı 2020-ci ilin 10 noyabr tarixində baş verib) hazırlaşdığını düşünürlər: "Erməni politoloq Beniyamin Matevosyan, hərbi ekspert Davit Camalyan, ABŞ-də fəaliyyət göstərən "Kaliforniya kuryer" qəzetinin baş redaktoru Harut Sasunyan iddia edirlər ki, Ermənistan hakimiyyəti gözlənilən ikinci kapitulyasiyanı həyata keçriməyə çalışır. Paşinyan Əliyevin göstərişlərini yerinə yetirməklə, öz postunu qorumağa çalışır. Sabah azərbaycanlılar geri qayıdarsa və Ermənistan "Qərbi Azərbaycan" olarsa, Əliyev Paşinyana deyəcək: hörmətli Nikol, mən səni Ermənistan vilayətinin qubernatoru kimi öz postunda saxlayıram. Paşinyan da məmnuniyyətlə buna razı olacaq".

Sonda vurğulanıb ki, Ermənistanın mövcudluğu Azərbaycanın haqlı tələblərinin yerinə yetirəcəyi təqdirdə olacaq: "Əks təqdirdə, bizim torpaqlarımız hesabına süni yaradılmış bu ölkə məhvə məhkumdur".

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri - qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi "XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin", - fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Rusiya ABŞ və İrana görə HƏRƏKƏTƏ KEÇDİ
Rusiya ABŞ və İrana görə HƏRƏKƏTƏ KEÇDİ
Bu gün 33 dərəcə isti olacaq
Bu gün 33 dərəcə isti olacaq
Yeni bir 11 sentyabr hücumu planlaşdırılır? - Gizli hesabat
Yeni bir 11 sentyabr hücumu planlaşdırılır? - Gizli hesabat
Ekspert qlobal istiləşmənin əsas səbəbini AÇIQLADI
Ekspert qlobal istiləşmənin əsas səbəbini AÇIQLADI
25 ilə insanlar 1000 il yaşaya biləcək
25 ilə insanlar 1000 il yaşaya biləcək
Vanqadan qalmaqallı proqnoz: İnsanlar bu il ilk dəfə yadplanetlilərlə tanış olacaq
Vanqadan qalmaqallı proqnoz: İnsanlar bu il ilk dəfə yadplanetlilərlə tanış olacaq
Alkoqol 7 növ xərçəngə səbəb olurmuş
Alkoqol 7 növ xərçəngə səbəb olurmuş
Sabunçu bazarında yanğın baş verdi - Video
Sabunçu bazarında yanğın baş verdi - Video