Bu Şəhərdə

Liderlərin birgə fotosunda Bayden yoxdur - Günahkar Lavrovdur?

Tarix:19-11-2024, 15:24
Baxış Sayı:478

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova G20 ölkələrinin nümayəndə heyətlərinin rəhbərlərinin birgə fotosunda ABŞ-ın hazırkı prezidenti Co Baydenin olmamasını izah edib. Onun sözlərinə görə, xarici işlər naziri Sergey Lavrov səs-küy salmağı bilir, lakin bu dəfə Amerika lideri onun üzündən şəkildə görünmür.

Bu barədə Zaxarova Telegram kanalında yazıb.

"Çoxları Baydenin Rio-de-Janeyrodakı ümumi fotoda niyə olmadığına çaşıblar. Amerika nümayəndə heyəti izah edib ki, bu, Sergey Lavrova görə deyil, maddi-texniki problemlərə görədir. Baydenin sizin düşündüyünüzlə deyil, logistika ilə bağlı problemləri var”, - diplomat qeyd edib.

Zaxarova deyib ki, Baydendən başqa, Kanadanın baş naziri Castin Trüdo və İtaliyanın baş naziri Giorgi Meloni də Rioda foto çəkdirməyib.

Qeyd edək ki, Ağ Evin yüksək rütbəli rəsmisi bildirib ki, hazırda fəaliyyətdə olan ABŞ prezidenti logistika problemlərinə görə G20 liderlərinin çəkilişində iştirak etməyib.

“Lojistik problemlərə görə onlar bütün liderlər gəlməmişdən əvvəl fotoşəkil çəkdirdilər”, - "RİA Novosti"yə deyən səlahiyyətli, bunun Baydenin Lavrovla şəkil çəkdirmək istəməməsi ilə bağlı olmadığını qeyd edib.

Xatırladaq ki, G20 Liderlər Zirvəsi 18-19 noyabr tarixlərində Rio-de-Janeyroda keçiriləcək.

Rusiya ABŞ və İrana görə HƏRƏKƏTƏ KEÇDİ
Rusiya ABŞ və İrana görə HƏRƏKƏTƏ KEÇDİ
Bu gün 33 dərəcə isti olacaq
Bu gün 33 dərəcə isti olacaq
Yeni bir 11 sentyabr hücumu planlaşdırılır? - Gizli hesabat
Yeni bir 11 sentyabr hücumu planlaşdırılır? - Gizli hesabat
Ekspert qlobal istiləşmənin əsas səbəbini AÇIQLADI
Ekspert qlobal istiləşmənin əsas səbəbini AÇIQLADI
25 ilə insanlar 1000 il yaşaya biləcək
25 ilə insanlar 1000 il yaşaya biləcək
Vanqadan qalmaqallı proqnoz: İnsanlar bu il ilk dəfə yadplanetlilərlə tanış olacaq
Vanqadan qalmaqallı proqnoz: İnsanlar bu il ilk dəfə yadplanetlilərlə tanış olacaq
Alkoqol 7 növ xərçəngə səbəb olurmuş
Alkoqol 7 növ xərçəngə səbəb olurmuş
Sabunçu bazarında yanğın baş verdi - Video
Sabunçu bazarında yanğın baş verdi - Video