Bu Şəhərdə

Ermənistanın təqdim etdiyi mina xəritələri nə qədər dəqiqdir? - XİN AÇIQLADI

Tarix:4-04-2025, 10:54
Baxış Sayı:399

Ermənistanın Azərbaycana təqdim etdiyi mina xəritələrinin dəqiqliyi 25 faiz idi.

Bu barədə Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə Beynəlxalq Mina Xəbərdarlığı və Minatəmizləmə Fəaliyyətinə Yardım Günü münasibətilə “Envoy” jurnalına müsahibəsində söyləyib.

“Beynəlxalq təzyiqdən sonra Ermənistan bəzi xəritələri təqdim etsə də, onlar minalanmış ərazilərin yalnız kiçik bir hissəsini əhatə edirdi və yalnız 25 faiz dəqiq idi. Son mina partlayışı hadisələrinin 55 faizdən çoxu bu xəritələrlə əhatə olunmayan ərazilərdə baş verib”, – xarici siyasət idarəsinin sözçüsü vurğulayıb.

Onun sözlərinə görə, Ermənistanın xəritələri Azərbaycan ərazilərində təxminən 400 000 minanın yerləşdirildiyini göstərsə də, faktiki rəqəm 1,5 milyona yaxındır.

“Ermənistanın mina təhlükəsinə münasibətdə bu cür davranışı regionda münaqişədən sonrakı dövrdə sülh və etimadın möhkəmləndirilməsi istiqamətində atılan tədbirlərə daha bir geri addımdır. Bu baxımdan, beynəlxalq ictimaiyyətin Ermənistandan gələn mina təhlükəsini pisləmək üçün ardıcıl tədbirlər görməsini son dərəcə vacib hesab edirik və Ermənistanın hələ də Azərbaycana tam təqdim edilməmiş bütün minalanmış ərazilərin dəqiq xəritələrini təqdim etməsini gözləyirik. Məcburi köçkünlərin təhlükəsiz qayıdışını və zərər çəkmiş regionların bərpasını təmin etmək üçün Ermənistanın bütün minalanmış ərazilərin dəqiq xəritələrini təqdim etməsi son dərəcə vacibdir”, – o qeyd edib.

Moskva və Vaşinqton Türkiyəyə ÜZ TUTDU - Aprelin 10-da İstanbulda nə baş verəcək?
Moskva və Vaşinqton Türkiyəyə ÜZ TUTDU - Aprelin 10-da İstanbulda nə baş verəcək?
Parkinson xəstəliyinin arxasında gizli hüceyrə yolu tapıldı
Parkinson xəstəliyinin arxasında gizli hüceyrə yolu tapıldı
Metrodakı yeniliyə görə xüsusi avtobuslar təşkil ediləcək?
Metrodakı yeniliyə görə xüsusi avtobuslar təşkil ediləcək?
Ordumuzun mövqeləri atəşə tutuldu
Ordumuzun mövqeləri atəşə tutuldu
Ermənistan və İran birgə hərbi təlimlər keçirəcək
Ermənistan və İran birgə hərbi təlimlər keçirəcək
"Samsung"un yeni smartfonu yalnız iki ölkədə satışa çıxarılacaq
"Samsung"un yeni smartfonu yalnız iki ölkədə satışa çıxarılacaq
İctimai yerdə söyüş söyənlər cərimələnə bilər? - Açıqlama
İctimai yerdə söyüş söyənlər cərimələnə bilər? - Açıqlama
Azərbaycan və NATO arasında Qətərdə danışıqlar oldU
Azərbaycan və NATO arasında Qətərdə danışıqlar oldU