Bu Şəhərdə

Azərbaycanda fəaliyyət göstərən İraq şirkətlərinin sayı açıqlanıb

Tarix:17-09-2024, 17:57
Baxış Sayı:0

 

"Bu gün Azərbaycanda 170-ə yaxın İraq kapitallı şirkət iqtisadiyyatın müxtəlif sektorları üzrə fəaliyyət göstərir".

"Report" xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov Bakıda keçirilən Azərbaycan-İraq biznes forumunda bildirib.

"Azərbaycan şirkətlərinin də İraqda fəaliyyəti üçün geniş potensial mövcuddur. Şirkətlərimiz İraqda böyük infrastruktur layihələrində podratçı qismində iştirak edib və hazırda bu ölkədə inşaat, enerji və su təchizatı, yol və körpülərin tikintisinə tələb şirkətlərimiz üçün yeni imkanlar açır", - deyə o qeyd edib.

Nazir həmçinin deyib ki, bu ilin yanvar-iyul aylarında iki ölkə arasında ticarət dövriyyəsi illik müqayisədə 49% artıb.

"Ölkələrimizin liderlərinin uzaqgörən siyasəti nəticəsində Azərbaycan və İraq arasında ikitərəfli münasibətlər getdikcə güclənir. Bu baxımdan 20 noyabr 2023-cü ildə İraq Prezidenti Əbdüllətif Camal Rəşidin Azərbaycana rəsmi səfərini xüsusi qeyd etmək istəyirəm. Bu səfər əlaqələrimizin hüquqi əsaslarının genişləndirilməsinə mühüm töhfə verib, siyasi, sosial, turizm və nəqliyyat kimi sahələri əhatə edən sazişin və Anlaşma Memorandumlarının imzalanması tərəfdaşlığımızı daha da möhkəmləndirib", - deyə M.Cabbarov əlavə edib.

Moskva və Vaşinqton Türkiyəyə ÜZ TUTDU - Aprelin 10-da İstanbulda nə baş verəcək?
Moskva və Vaşinqton Türkiyəyə ÜZ TUTDU - Aprelin 10-da İstanbulda nə baş verəcək?
Parkinson xəstəliyinin arxasında gizli hüceyrə yolu tapıldı
Parkinson xəstəliyinin arxasında gizli hüceyrə yolu tapıldı
Metrodakı yeniliyə görə xüsusi avtobuslar təşkil ediləcək?
Metrodakı yeniliyə görə xüsusi avtobuslar təşkil ediləcək?
Ordumuzun mövqeləri atəşə tutuldu
Ordumuzun mövqeləri atəşə tutuldu
Ermənistan və İran birgə hərbi təlimlər keçirəcək
Ermənistan və İran birgə hərbi təlimlər keçirəcək
"Samsung"un yeni smartfonu yalnız iki ölkədə satışa çıxarılacaq
"Samsung"un yeni smartfonu yalnız iki ölkədə satışa çıxarılacaq
İctimai yerdə söyüş söyənlər cərimələnə bilər? - Açıqlama
İctimai yerdə söyüş söyənlər cərimələnə bilər? - Açıqlama
Azərbaycan və NATO arasında Qətərdə danışıqlar oldU
Azərbaycan və NATO arasında Qətərdə danışıqlar oldU