Bu Şəhərdə

Bu şəxslərə ŞAD XƏBƏR - Maaşları artacaq - RƏSMİ

Tarix:7-01-2025, 12:28
Baxış Sayı:522

 

Azərbaycanda minimum əməkhaqqının artırılması ilə bərabər müəyyən sahələrdə çalışan şəxslərin əməkhaqqının artırılması nəzərdə tutulub.

Bunu Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Himalay Məmişov DOST TV-nin efirində deyib.

Onun sözlərinə görə, ümumilikdə bu islahatdan 700 mindən artıq vətəndaş yararlanacaq:

"Onlardan 400 mini dövlət sektoru, 300 min özəl sektorda faəliyyət göstərən şəxslərdir. Azərbaycanda artıq minimum əməkhaqqının 400 manat müəyyən edilməsi dalğavari effekt yaradaraq digər üst pillələrdə olan şəxslərin əməkhaqlarının artırılmasına təsirini göstərir".

O əlavə edib ki, fevralın 1-dən minimum pensiyalar da 320 manata çatdırılır, bu 14% artımdır:

"Yanvarın 1-dən əmək pensiyaları əvvəlki ildə orta aylıq nominal əməkhaqqının orta tempinə uyğun indeksləşdirilir. Bu indeksləşmə də nəzərə alındıqda minimum əməkhaqqının arıtırılması, pensiyaların indeksləşdirilməsi 1 milyon 100 min insanı əhaət edəcək".

Sədr məlumat verib ki, müavinət və təqaüdlərin artırılması böyük kəsimi əhatə edən islahat nəzərdə tutulub:

"Proqnozlarımıza görə, 1 milyondan artıq insan bundan yararlana biləcək. 2018-ci ildə müavinət və təqaüdlərin maliyyələşdirilməsi xərci 430 milyon manat civarında idi. Bu rəqəm 2024-cü ilin sonunda 2 milyard manata çatıb. Burada 5 dəfəlik artım var".

H.Məmişov həmçinin deyib ki, tələbələr də dövlət dəstəyi diqqət mərkəzindədir, təqaüdlərin də artırılması məsələsi qarşıya qoyulub.

Göyərçinlər xəstəlik yayır - Alimlərdən XƏBƏRDARLIQ
Göyərçinlər xəstəlik yayır - Alimlərdən XƏBƏRDARLIQ
Sağlam uşaq doğan ən uyumlu qan qrupları
Sağlam uşaq doğan ən uyumlu qan qrupları
Bünövrədən, yoxsa hazır binadan mənzil alaq? - Hansı daha SƏRFƏLİDİR?
Bünövrədən, yoxsa hazır binadan mənzil alaq? - Hansı daha SƏRFƏLİDİR?
Qüdsdə bayram tədbirində erməni keşişlərin əxlaqsızlığı - Video
Qüdsdə bayram tədbirində erməni keşişlərin əxlaqsızlığı - Video
Bu vitamin çatışmazlığı xəstəliyə səbəb olur
Bu vitamin çatışmazlığı xəstəliyə səbəb olur
Türkiyəyə xarici yatırım 92% artdı: Azərbaycan ilk 5-likdə
Türkiyəyə xarici yatırım 92% artdı: Azərbaycan ilk 5-likdə
Yer kürəsini maqnit qasırğaları bürüyəcək - İki gün davam edəcək...
Yer kürəsini maqnit qasırğaları bürüyəcək - İki gün davam edəcək...
Daha bir mif dağıdıldı: Xolesterolu azaldan xüsusi pəhriz yoxdur!
Daha bir mif dağıdıldı: Xolesterolu azaldan xüsusi pəhriz yoxdur!