Bu Şəhərdə

Daha bir mif dağıdıldı: Xolesterolu azaldan xüsusi pəhriz yoxdur!

Tarix:Bu gün, 16:35
Baxış Sayı:488

Yüksək xolesterolla bağlı daha bir mif dağıdılıb.

Tibb elmləri doktoru, dietoloq Aleksandra Ginos "WellnessPulse"a xolesterolu azaldan xüsusi pəhriz növü olmadığını bildirib.

Onun sözlərinə görə, meyvə, tərəvəz, balıq və az yağlı süd məhsulları ilə zəngin qidalanmaq qanda xolesterinin səviyyəsini xüsusi pəhrizlərdən daha effektiv şəkildə aşağı salır.

Mütəxəssis aydınlaşdırıb ki, ürək-damar sisteminin sağlamlığı xolesterolun səviyyəsindən asılıdır. Həddindən artıq aşağı sıxlıqlı lipoprotein (LDL) xolesterolu ürək xəstəliyi və insult riskini artırır.

Dietoloqun fikrincə, qanda LDL xolesterinin səviyyəsini normallaşdırmaq üçün müəyyən qida qruplarını tamamilə aradan qaldırmağı tələb edən pəhrizlərə deyil, uzunmüddətli sağlam qidalanma strategiyasına riayət etmək lazımdır.

Dr. Ginos xüsusi diqqət yetirilməsi lazım olan iki məqam olduğunu izah edib:

Birincisi, pəhrizdə tərəvəz, meyvə, göyərti, balıq, quş əti, qoz-fındıq və az yağlı süd məhsullarının nisbətinin artırılması vacibdir.

İkincisi, bir neçə növ qidanın - qırmızı ətin, şirniyyatların, yüksək şəkərli içkilərin, "tropik" yağların (palma, kokos) və qızardılmış qidaların istehlakı məhdudlaşdırılmalıdır.

Bu meyarlara cavab verən istənilən pəhriz “pis” xolesterinin səviyyəsini azaltmağa kömək edir.

Həkim onu da əlavə edib ki, "arzuolunmaz" məhsullardan tamamilə imtina etmək o qədər də vacib deyil - onların az miqdarda istehlakı sağlamlığınıza zərər verməyəcək.

Göyərçinlər xəstəlik yayır - Alimlərdən XƏBƏRDARLIQ
Göyərçinlər xəstəlik yayır - Alimlərdən XƏBƏRDARLIQ
Sağlam uşaq doğan ən uyumlu qan qrupları
Sağlam uşaq doğan ən uyumlu qan qrupları
Bünövrədən, yoxsa hazır binadan mənzil alaq? - Hansı daha SƏRFƏLİDİR?
Bünövrədən, yoxsa hazır binadan mənzil alaq? - Hansı daha SƏRFƏLİDİR?
Qüdsdə bayram tədbirində erməni keşişlərin əxlaqsızlığı - Video
Qüdsdə bayram tədbirində erməni keşişlərin əxlaqsızlığı - Video
Bu vitamin çatışmazlığı xəstəliyə səbəb olur
Bu vitamin çatışmazlığı xəstəliyə səbəb olur
Türkiyəyə xarici yatırım 92% artdı: Azərbaycan ilk 5-likdə
Türkiyəyə xarici yatırım 92% artdı: Azərbaycan ilk 5-likdə
Yer kürəsini maqnit qasırğaları bürüyəcək - İki gün davam edəcək...
Yer kürəsini maqnit qasırğaları bürüyəcək - İki gün davam edəcək...
Daha bir mif dağıdıldı: Xolesterolu azaldan xüsusi pəhriz yoxdur!
Daha bir mif dağıdıldı: Xolesterolu azaldan xüsusi pəhriz yoxdur!