Bu Şəhərdə

Rusiya vətəndaşlığı almaq istəyən azərbaycanlılara xəbərdarlıq: Araşdırma aparılır

Tarix:26-09-2024, 15:21
Baxış Sayı:1

Rusiya Federasiyasının Daxili İşlər Nazirliyinin nümayəndəsi İrina Volk bildirib ki, Rusiyada miqrasiya statusu almaq və Rusiya vətəndaşlığına qəbul zamanı xarici vətəndaşlardan rus dilini bilmələrini təsdiqləmək tələb olunur.

Volkun sözlərinə görə, Rusiya Daxili İşlər Nazirliyinin ərazi orqanları belə müraciətlərə baxarkən vaxtaşırı rus dilini minimum səviyyədə bilməyən, lakin eyni zamanda müvafiq sertifikatlara malik olan əcnəbiləri müəyyən edirlər.

“Son üç il ərzində daxili işlər orqanları Rusiya Federasiyasında yaşamaq və işləmək üçün icazələrin verilməsi üçün dövlət xidmətləri göstərərkən 14 minə yaxın belə fakt aşkar ediblər.

Bununla bağlı Rusiya Daxili İşlər Nazirliyi mütəşəkkil qrupların, eləcə də uydurma imtahanların keçirilməsində ixtisaslaşan şəxslərin qanunsuz fəaliyyətinin aşkarlanması və qarşısının alınması istiqamətində araşdırma aparır”, - Rusiya Daxili İşlər Nazirliyinin nümayəndəsi bildirib.

O vurğulayıb ki, sertifikatları olan, lakin rus dilini bilməyən xarici vətəndaşların miqrasiya statusu ilə bağlı müraciətləri rədd edilir və müvafiq məlumat “Rosobrnadzor”a göndərilir.

Rusiya ABŞ və İrana görə HƏRƏKƏTƏ KEÇDİ
Rusiya ABŞ və İrana görə HƏRƏKƏTƏ KEÇDİ
Bu gün 33 dərəcə isti olacaq
Bu gün 33 dərəcə isti olacaq
Yeni bir 11 sentyabr hücumu planlaşdırılır? - Gizli hesabat
Yeni bir 11 sentyabr hücumu planlaşdırılır? - Gizli hesabat
Ekspert qlobal istiləşmənin əsas səbəbini AÇIQLADI
Ekspert qlobal istiləşmənin əsas səbəbini AÇIQLADI
25 ilə insanlar 1000 il yaşaya biləcək
25 ilə insanlar 1000 il yaşaya biləcək
Vanqadan qalmaqallı proqnoz: İnsanlar bu il ilk dəfə yadplanetlilərlə tanış olacaq
Vanqadan qalmaqallı proqnoz: İnsanlar bu il ilk dəfə yadplanetlilərlə tanış olacaq
Alkoqol 7 növ xərçəngə səbəb olurmuş
Alkoqol 7 növ xərçəngə səbəb olurmuş
Sabunçu bazarında yanğın baş verdi - Video
Sabunçu bazarında yanğın baş verdi - Video