Bu Şəhərdə

"Ayıq sürücü" qaydanı pozursa, cərimə kimə yazılır?

Tarix:4-01-2025, 17:21
Baxış Sayı:445

 

Azərbaycanda təxminən 10 ilə yaxındır "ayıq sürücü" xidməti fəaliyyət göstərir.  Bu xidmət spirtli içki qəbul etdikdən sonra şəxsi avtomobil sahiblərinin təhlükəsiz şəkildə mənzillərinə qayıtmaları üçün istifadə olunur. "Ayıq sürücü"lər müştərilərin avtomobilini idarə edərək yol qəzası riskini minimuma endirir.

Nəqliyyat vasitəsinin sahibi "ayıq sürücü"nün yanında əyləşdiyi zaman artıq ona şifahi etibarnamə verdiyindən "ayıq sürücü"nün nəqliyyat vasitəsini idarə etmək hüququ var.

Ancaq bəzi hallarda "ayıq sürücü"nün yol hərəkəti qaydalarını pozmasının şahidi oluruq.

Belə olan halda məsuliyyəti kim daşıyır?

Mövzu ilə bağlı danışan nəqliyyat eksperti Rövşən Həsənov bildirib ki, hazırda bu mövzu müzakirə predmetidir:

"Bu zaman tərtib edilən protokol avtomatik olaraq qeydiyat şəhadətnaməsində adı qeyd olunan fərdi, yaxud hüquqi şəxsin adına gəlir. Yaxud da avtomobil sahibi tərəfindən kiməsə etibarnamə verilibsə, protokol həmin şəxsin adına göndərilir. Bir sözlə "ayıq sürücü" sükan arxasında qayda pozduqda cərimə ona yox, nəqliyyat vasitəsinin sahibinə yaxud etibarnamə verilən şəxsə yönəldilir".

Ekspert bildirib ki, belə halları sistem üzərindən isbat etmək çox çətindir:

"Qanunda bununla bağlı boşluq var, onu aradan qaldırmaq üçün dəyilşikliklər aparılmalıdır, əfsuslar olsun ki, aparılmır. İnzibati xətanı kənara qoyaq, qəza baş verdikdə kimin məsuliyyət daşıması da sual altındadır. Qanundakı boşluq səbəbilə ayıq sürücünün məsuliyyətədn boyun qaçırmaq ehtimalı çox yüksəkldir".

Göyərçinlər xəstəlik yayır - Alimlərdən XƏBƏRDARLIQ
Göyərçinlər xəstəlik yayır - Alimlərdən XƏBƏRDARLIQ
Sağlam uşaq doğan ən uyumlu qan qrupları
Sağlam uşaq doğan ən uyumlu qan qrupları
Bünövrədən, yoxsa hazır binadan mənzil alaq? - Hansı daha SƏRFƏLİDİR?
Bünövrədən, yoxsa hazır binadan mənzil alaq? - Hansı daha SƏRFƏLİDİR?
Qüdsdə bayram tədbirində erməni keşişlərin əxlaqsızlığı - Video
Qüdsdə bayram tədbirində erməni keşişlərin əxlaqsızlığı - Video
Bu vitamin çatışmazlığı xəstəliyə səbəb olur
Bu vitamin çatışmazlığı xəstəliyə səbəb olur
Türkiyəyə xarici yatırım 92% artdı: Azərbaycan ilk 5-likdə
Türkiyəyə xarici yatırım 92% artdı: Azərbaycan ilk 5-likdə
Yer kürəsini maqnit qasırğaları bürüyəcək - İki gün davam edəcək...
Yer kürəsini maqnit qasırğaları bürüyəcək - İki gün davam edəcək...
Daha bir mif dağıdıldı: Xolesterolu azaldan xüsusi pəhriz yoxdur!
Daha bir mif dağıdıldı: Xolesterolu azaldan xüsusi pəhriz yoxdur!