Bu Şəhərdə

Dəmiryolu sərnişinləri ödədikləri vəsaitin nə qədərini geri alacaq? - DETALLAR

Tarix:26-09-2024, 15:20
Baxış Sayı:0

“Nəqliyyat sektorunda isalahatların genişləndirilməsi bu sahədə prioritet məsələlərdəndir. Etiraf etmək lazımdır ki, son illər bu sahədə daha innovativ texnologiyanın tətbiqi müşahidə edilməkdədir. Təbii ki, islahatların dayanıqlı və davamlı olması əsas şərtlərdəndir. Dəmiryolu xidmətləri nəqliyyat sektorunda əsas drayvelərdən biri hesab olunur. Yalnız ötən il bu sektorun qlobal gəlirləri 324 milyard dollardan çox olub. Növbəti 10 ildə qlobal gəlirlər 500 milyard dollaradək yüksələcək”.

Bu barədə Milli Məclisin deputatı, iqtisadçı alim Vüqar Bayramov sosial şəbəkə hesabında yazıb.

O qeyd edib ki, Azərbaycanda da dəmiryolu sərinişindaşımada xidmət keyfiyyətin daha da yüksəldilməsi bu sahədəki strategiyanın əsas hədəflərindəndir:

“Azərbaycan Dəmir Yollarındakı son struktur və institutsional dəyişikliklərdən sonra bu sahədə bir sıra islahatlar diqqətimizi çəkdi. Bunlar vacib dəyişikliklər olduğu üçün bu sahədə məlumatlandırma çox vacibdir ki, vətəndaşlarımız həmin imkanlardan faydalana bilsinlər.

Bu həftədən etibarən dəmiryolu sərnişinləri ödədiyi vəsaitin bir hissəsini geri almaq imkanı qazanıblar. Dəmiryolu xidmətində 3.0 faiz keşbekin tətbiq olunması və eləcə də daha erkən alınan biletlərə 15.0 % endirimin tətbiq edilməsi stimullaşdırıcı tədbirlərdəndir. Yəni, artıq dəmiryolu xidmətlərindən istifadə zamanı ödənilən vəsaitin bir hisəsi geri qaytarılacaq. Sərnişinlərin hesablarına keşbek ödənişləri daxil olacaq. 2 gün öncə test rejimində tətbiqinə başlanılan loyallıq proqramı ilə şəhərətrafı qatarlarla səfər edən sərnişinlər “ADY Mobile” tətbiqi vasitəsilə gedişlər üzrə 3% keşbek və eləcə də sorğularda iştirak və qiymətləndirmələr zamanı bonus qazanacaqlar”.

Millət vəkili əlavə edib ki, bu sektorda dinamik qiymət siyasətinin tətbiqi təqdirəlayiqdir:

“İnkişaf etmiş ölkələrdə qatarlar ilə səfərlər edənlər üçün tələbdən, o cümlədən mövsümdən asılı olaraq fərqli qiymətlər təklif olunur. Yəni fiks (sabit) qiymət deyil, tələbə bağlı dəyişən qiymət siyasəti var. Azərbaycanda bu sistemə noyabrın 1-dən keçiriləcək.Yeni qiymət siyasətinə əsasən, bilet qiymətləri tələbdən asılı olaraq dəyişə biləcək. Bilet satış sisteminə inteqrasiya edilmiş texnologiyalar sayəsində sərnişinlərə real vaxtda qiymətləri izləmək və ən uyğun səyahət vaxtını seçmək imkanı yaradacaq. Artıq səfərə 25 gün qalmış və əks istiqamətdə oturacağa bilet almış sərnişinlər 15% endirimdən yararlana biləcəklər.

Həm keşbek, həm endirimli və dinamik qiymətlər Azərbaycan dəmiryolu xidmətləri üçün vacib yeniliklərdir. Təbii ki, bu sahədə islahatların dairəsinin daha da genişlənəcəyi gözləniləndir. Yeni dövrün yeni tələbləri daha dinamik idarəetmə və təşviq siyasətini prioritetləşdirir”.

HƏKİMLİK MÜQƏDDƏS PEŞƏDİR
HƏKİMLİK MÜQƏDDƏS PEŞƏDİR
Bəşəriyyəti gözləyən BÖYÜK TƏHLÜKƏ - Mask həyəcan təbili çaldı
Bəşəriyyəti gözləyən BÖYÜK TƏHLÜKƏ - Mask həyəcan təbili çaldı
Şuşa şəhərinə növbəti köç karvanı yola salındı
Şuşa şəhərinə növbəti köç karvanı yola salındı
Tbilisidə aksiyalarda 143 polis əməkdaşı xəsarət aldı
Tbilisidə aksiyalarda 143 polis əməkdaşı xəsarət aldı
Vərəmin "KİTABI BAĞLANIR" - Bəzi göbələklərdə unikal dərmanlar tapıldı
Vərəmin "KİTABI BAĞLANIR" - Bəzi göbələklərdə unikal dərmanlar tapıldı
Nüvə müharibəsi riski ilə bağlı daha bir XƏBƏRDARLIQ - "Amerikalıların xəbəri olmadan..."
Nüvə müharibəsi riski ilə bağlı daha bir XƏBƏRDARLIQ - "Amerikalıların xəbəri olmadan..."
21-ci əsrin ən yaxşı futbolçusu SEÇİLDİ - İlk 5-likdə kimlər var?
21-ci əsrin ən yaxşı futbolçusu SEÇİLDİ - İlk 5-likdə kimlər var?
Bayramı bölgələrdə keçirmək istəyənlərin NƏZƏRİNƏ - Qiymətlər ötən ildən YÜKSƏK OLACAQ
Bayramı bölgələrdə keçirmək istəyənlərin NƏZƏRİNƏ - Qiymətlər ötən ildən YÜKSƏK OLACAQ