Bu Şəhərdə

Polkovnik: 972 mina xəritəsi Azərbaycana təhvil verilib, 8-i isə hazırlanır

Tarix:19-04-2025, 16:58
Baxış Sayı:522

Ermənistanın işğalından azad edilən Azərbaycan ərazilərində mina terroru davam edir. Son günlər baş vermiş silsilə mina və sursat partlayışlarında bir nəfər həlak olub, 4 nəfər yaralanıb. Eyni zamanda hazırkı dövrə qədər mina partlayışları nəticəsində 392 nəfər xəsarət alıb və ya ölüb. Sözsüz ki, ərazilərdə mina partlayışlarına görə bütün məsuliyyət Ermənistanın üzərinə düşür. Rəsmi İrəvan isə 972 mina sahəsi xəritəsini Azərbaycana təhvil verdiyini və onlarda daha yaxşı, daha dəqiq xəritələrin olmadığını iddia edir. Bununla yanaşı, Emənistanın Milli Təhlükəsizlik Xidməti keçmiş erməni hərbçilər arasında sorğu keçirərək, Qarabağ ərazisində minalanmış sahələrlə bağlı məlumatlar toplamağa çalışır. Həmin məlumatlar əsasında 8 sənəd hazırlanıb və həmin sənədlərin Azərbaycana təhvil veriləcəyi vurğulanır.

Mövzu ilə bağlı açıqlamasında hərbi ekspert, ehtiyatda olan polkovnik Üzeyir Cəfərov mina xəritələri ətrafında erməni tərəfinin manipuliyasiya cəhdlərinə diqqət çəkib.

O qeyd edib ki, hər ötən gün Ermənistan hakimiyyəti ordusunun necə rəzil durumda olduğunu sübut edir: “Rəsmi İrəvan tərəfindən səslənən faktlar bunun bariz nümunəsidir. Keçmiş erməni hərbiçilərindən basdırılmış minaların yerini soruşmaq mövzusu müqayisəsi olmayan absurd yanaşmadır. Olmadığın ərazidən yeni mina xəritəsi tərtib etmək dünya praktikasında olmayan hadisədir. Əslində bu fakt Ermənistan ordusunun elmi-nəzəri cəhətdən hansı vəziyyətdə olduğunu göstərir. Mina xəritəsi tək Azərbaycana lazım deyil. Erməni silahlı qüvvələrinin ərazidə olduğu dövrdə irəliyə-geriyə çəkilərkən məhz mina xəritələrinə uyğun hərəkət edib”.

Hərbi ekspertin fikrincə, Ermənistan əslində indi özünü sülhpərvər göstərməyə çalışır: “Bakıda keçirilən məhkəmədə hərbi canilər etiraf edirlər ki, vaxtilə azərbaycanlıları Xankəndidən çıxmağa onlar məcbur ediblər. Əvvəllər isə bunu təkzib edirdilər. Reallıq isə odur ki, erməni tərəfi növbəti dəfə digər prosesləri yubatmaq üçün fərqli manevrlər edirlər. Aprelin 15-də Azərbaycanın eksklav kəndləri olan Qazaxın 3, Naxçıvanın 1 kəndi boşaldılmalı idi. Qarşı tərəf növbəti dəfə məsələni yubatdı. Bu da sözsüz ki, narahatlıq yaradır”.

III Dünya Müharibəsi başlayacaq, 2045-ci ildə çox az insan həyatda olacaq... - Professordan qorxunc PROQNOZ
III Dünya Müharibəsi başlayacaq, 2045-ci ildə çox az insan həyatda olacaq... - Professordan qorxunc PROQNOZ
Türkiyədən Azərbaycana geyim ixracı azalır: Onlayn alış-veriş artıq sərfəli deyil?
Türkiyədən Azərbaycana geyim ixracı azalır: Onlayn alış-veriş artıq sərfəli deyil?
Yeni Papa ilk xarici səfərini hansı ölkəyə edəcək?
Yeni Papa ilk xarici səfərini hansı ölkəyə edəcək?
İstanbulda yenə zəlzələ oldu
İstanbulda yenə zəlzələ oldu
Putinin silah biznesi çökə bilər - Trampın qarşısına görün hanı seçimi qoydular
Putinin silah biznesi çökə bilər - Trampın qarşısına görün hanı seçimi qoydular
1600 manatadək artırılan müavinət kimlərə ödənilir?
1600 manatadək artırılan müavinət kimlərə ödənilir?
Bu şəxslərin pulu karta geri qaytarılacaq - SƏBƏB
Bu şəxslərin pulu karta geri qaytarılacaq - SƏBƏB
Paşinyan razılaşıb: Qazaxın anklav olan kəndi bu tarixdə qaytarılacaq
Paşinyan razılaşıb: Qazaxın anklav olan kəndi bu tarixdə qaytarılacaq