Bu Şəhərdə

Bəşəriyyətin "qaranlıq erası" başladı: "Ağır dönüş nöqtəsi var" - BMT-də HƏYƏCAN TƏBİLİ ÇALINDI

Tarix:25-09-2024, 09:56
Baxış Sayı:3

"Dünya birliyi tənəzzül yaşayır və öz tarixinin ən pis mərhələsinə yaxınlaşır".

Bunu Salvador Prezidenti Nayib Bukele BMT Baş Assambleyasının 79-cu sessiyası çərçivəsində yüksək səviyyəli həftədə çıxış edərək qeyd edib.

O vurğulayıb ki, qarşıda bütün dünya üçün yeni münaqişələr və “ağır dönüş nöqtəsi” var:

"Biz bəşəriyyətin yeni qaranlıq dövrü ilə üz-üzəyik. Salvadorlular olaraq, biz bu tənəzzül əlamətlərini görəndə tanıyırıq, çünki biz bunların hamısından keçmişik. Biz millətimizin süqutunun mərhələlərini bir-birinin ardınca keçmişik və eyni mərhələləri yenə görürük, amma bu dəfə qlobal miqyasda. Qaranlıq günlər yaşayan və onlardan çıxmaq üçün, həyatı üçün mübarizə aparan bir dost olaraq yalnız bir xəbərdarlıq edə bilərik", - Bukele xəbərdarlıq edib.

O, əlavə edib ki, beynəlxalq ictimaiyyət artıq birləşmir, daha da düşmən və təlaşlı olur.

Bukele Qərb dövlətlərinin ifadə azadlığının qalası statusunu itirdiyini vurğulayıb.

"Bu, çoxdan başlamışdı, lakin biz bunu indi daha yaxşı görürük, çünki son illərdə sürətlənib və bu sürətlənmə bizim acınacaqlı dönüş nöqtəsinə yaxınlaşdığımız anlamına gəlir", - deyə siyasətçi yekunlaşdırıb.

Rusiya ABŞ və İrana görə HƏRƏKƏTƏ KEÇDİ
Rusiya ABŞ və İrana görə HƏRƏKƏTƏ KEÇDİ
Bu gün 33 dərəcə isti olacaq
Bu gün 33 dərəcə isti olacaq
Yeni bir 11 sentyabr hücumu planlaşdırılır? - Gizli hesabat
Yeni bir 11 sentyabr hücumu planlaşdırılır? - Gizli hesabat
Ekspert qlobal istiləşmənin əsas səbəbini AÇIQLADI
Ekspert qlobal istiləşmənin əsas səbəbini AÇIQLADI
25 ilə insanlar 1000 il yaşaya biləcək
25 ilə insanlar 1000 il yaşaya biləcək
Vanqadan qalmaqallı proqnoz: İnsanlar bu il ilk dəfə yadplanetlilərlə tanış olacaq
Vanqadan qalmaqallı proqnoz: İnsanlar bu il ilk dəfə yadplanetlilərlə tanış olacaq
Alkoqol 7 növ xərçəngə səbəb olurmuş
Alkoqol 7 növ xərçəngə səbəb olurmuş
Sabunçu bazarında yanğın baş verdi - Video
Sabunçu bazarında yanğın baş verdi - Video