Bu Şəhərdə

24 dekabr Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin doğum günüdür

Tarix:20-12-2024, 13:00
Baxış Sayı:497

  

Dekabrın 24-də Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin doğum günüdür. Ölkə başçısı yeni yaşını Müzəffər Ali Baş Komandan kimi qarşılayır.

Bildiyimiz kimi, düşmən təxribatlarına qarşı şanlı ordumuz Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə işğal altında olan torpaqlarımızın azad edilməsi uğrunda “Dəmir yumruq” əməliyyatını həyata keçirib.

İlham Əliyevin məqsədyönlü siyasətinin məntiqi yekunu olaraq, 44 gün sürən hərbi əməliyyatlar nəticəsində müzəffər Azərbaycan ordusu Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı şəhərlərini, Azərbaycan xalqının tarixində, mədəniyyətində və qəlbində xüsusi yeri olan, Qarabağın tacı sayılan Şuşa şəhərini, Zəngilan rayonunun Mincivan, Ağbənd, Bartaz qəsəbələrini, Xocavənd rayonunun Hadrut qəsəbəsini və bir çox kəndlərini, Tərtər rayonunun Suqovuşan kəndi, Xocalı və Laçın rayonlarının bir neçə kəndləri daxil olmaqla, ümumilikdə, 300-dən çox yaşayış məntəqəsini, həmçinin, Ağdərə, Murovdağ və Zəngilan istiqamətlərində mühüm strateji yüksəklikləri işğaldan azad edib.

Rəşadətli Azərbaycan əsgər və zabitləri addım-addım irəliləyərək, Ermənistanın uzun illər ərzində qurduğu mühəndis-istehkam sistemlərini yarıb keçiblər. Torpaqlarımız qəhrəman əsgər və zabitlərimizin, şəhidlərimizin qanı və canı bahasına azad olunub.

Azərbaycanın hərbi sahədə qazandığı qələbələr, xüsusilə Şuşanın düşmən əsarətindən qurtarılması müharibənin taleyində həlledici rol oynayıb, Ermənistanın öz məğlubiyyətini etiraf etməsi və kapitulyasiyası ilə nəticələnib, Ermənistanı Kəlbəcər, Ağdam və Laçın rayonlarını Azərbaycana qaytarmağa məcbur edib.

Qeyd edək ki, İlham Heydər oğlu Əliyev 1961-ci il dekabrın 24-də Bakı şəhərində anadan olub.

 Cənab Ali Baş Komandan İlham Əliyev! Sizi doğum gününüz münasibətilə səmimi  qəlbdən təbrik edir, daim möhkəm cansağlığı, xoşbəxtlik, xoş əhval-ruhiyyə arzu edirik. Uca Yaradan sizi qorusun!

Mətanət Pirquliyeva
Sumqayıt Dövlət Kollecinin direktoru


Göyərçinlər xəstəlik yayır - Alimlərdən XƏBƏRDARLIQ
Göyərçinlər xəstəlik yayır - Alimlərdən XƏBƏRDARLIQ
Sağlam uşaq doğan ən uyumlu qan qrupları
Sağlam uşaq doğan ən uyumlu qan qrupları
Bünövrədən, yoxsa hazır binadan mənzil alaq? - Hansı daha SƏRFƏLİDİR?
Bünövrədən, yoxsa hazır binadan mənzil alaq? - Hansı daha SƏRFƏLİDİR?
Qüdsdə bayram tədbirində erməni keşişlərin əxlaqsızlığı - Video
Qüdsdə bayram tədbirində erməni keşişlərin əxlaqsızlığı - Video
Bu vitamin çatışmazlığı xəstəliyə səbəb olur
Bu vitamin çatışmazlığı xəstəliyə səbəb olur
Türkiyəyə xarici yatırım 92% artdı: Azərbaycan ilk 5-likdə
Türkiyəyə xarici yatırım 92% artdı: Azərbaycan ilk 5-likdə
Yer kürəsini maqnit qasırğaları bürüyəcək - İki gün davam edəcək...
Yer kürəsini maqnit qasırğaları bürüyəcək - İki gün davam edəcək...
Daha bir mif dağıdıldı: Xolesterolu azaldan xüsusi pəhriz yoxdur!
Daha bir mif dağıdıldı: Xolesterolu azaldan xüsusi pəhriz yoxdur!