Həkimlik sənəti qəhrəmanlıqdır, hünər deməkdir. Bu peşə adamdan fədakarlıq, pak niyyət tələb edir.
Hər kəs buna qadir ola bilməz. Bunun üçün həkimin fikri aydın, qəlbi təmiz olmalıdır.
A.P.Çexov
Xalqımız tarixən həkimlik sənətinə ən ülvi bir peşə, həkimə müqəddəs bir şəxs kimi baxmışdır. Sənətini yaxşı bilən, xalqın sağlamlığı keşiyində ləyaqətlə dayanan həkimlərə "el anası” demişlər. Həkimliklə heç bir əlaqəsi olmayan, lakin ədəbi-ictimai fikirdə böyük islahatlar yaratmış şəxsiyyətlər öz zamanlarında ucalıq rəmzi kimi həkim adını daşımışlar. Bu adı onlara xalq vermişdir. Dərin ağıllı, mütərəqqi adamlar loğmanla müqayisə edilmişlər. Xalqın müqəddəs saydığı, inanıb etibar etdiyi həkim adını daşımaq olduqca şərəfli və məsuliyyətlidir.
Elə insanlar var ki, onların həyatı, fəaliyyəti elinə, xalqına, vətəninə xidmətə həsr olunur. Müdriklər demişkən, "xalq üçün, vətən üçün yaşanan ömür əsl insan ömrüdür".
Belə insanların ömrü çətin, mənalı və şərəfli olur, başı həmişə el içində uca olur. Onlar öz xoşbəxtliyini, səadətini, varlığını vətənə, xalqa ləyaqətlə xidmətdə görür. Belə insanlar öz xalqının, millətinin mənəvi siması, genefondudur desək səhv etmərik. Tam məsuliyyət və qürurla deyə bilərik ki, belə insanlardan biri də sözün həqiqi mənasında, gözəl insan Mama-ginekoloq, Cərrah-ginekoloq Şəymən Qədimovadır.
Şəymən həkim öz davranışı, şəxsiyyəti, təfəkkürü, dünyagörüşü və insanlarla münasibəti ilə başqalarından fərqlənir, özünə inam yaratmağı bacarır. O, öz peşəkarlığı və insanlara qayğıkeşliyi ilə seçilən insandır. Şərəfli vəzifəyə yiyələnən Şəymən həkim bu işin müqəddəsliyini qoruyub saxlayır. Kömək etdiyi xəstələrinin rəğbətini qazanan həkimlərdəndir.
Ulu Öndər Heydər Əliyevin siyasi kursuna daim sadiqdir. Heç bir təmanna güdmədən, tutduğu vəzifədən asılı olmayaraq, vəzifədə olub-olmamasından asılı olmayaraq prezident İlham Əliyevə, dövlətə və dövlətçiliyimizə sabit, stabil, sadiq adamdır. Heç bir qüvvə onu heç vaxt əqidəsindən döndərə bilməz.
O, hər zaman dövlətə - dövlətçiliyə, xalqa -millətə, Ulu Öndərin ideyalarına və onun siyasi kursuna sədaqətlə xidmət etmişdir. Şükürlər olsun ki, bu tendensiya bu gündə davam edir. Onun həyat səlnaməsinə nəzər salanda görürük ki o hər zaman işinin öhdəsindən layiqincə gəlmiş, rəhbərliyin rəğbətini qazanmışdır. O, hər zaman bir rəhbər kimi öz işində pirinsipial qətiyyətli və dürüst mövqe tutmuşdur. Bizdə təcrübəli bir KİV rəhbəri kimi belə sadə insanlarımızla qürur duymuşuq, fəxr etmişik.
Bizdə bu çətin və şərəfli işini böyük ləyaqət və vicdan hissi ilə icra etdiyi üçün Şəymən həkimə təşəkkür edir, gələcək işlərində uğur və müvəffəqiyyətlər arzu edirik.