Bu Şəhərdə

DƏQİQLƏŞDİ: Minimum əməkhaqqı və pensiya bu qədər artırılacaq

Tarix:24-09-2024, 13:16
Baxış Sayı:2

Azərbaycan Prezidentinin göstərişinə uyğun olaraq gələn ildən etibarən minimum əməkhaqqı və minimum pensiya yenidən artırılacaq. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin noyabrın 1-dək təkliflərini təqdim edəcəyi gözlənilir. Növbəti ilin büdcə sənədləri çərçivəsində müzakirələrin davam etdiriləcəyi və maliyyə yükünün hesablanacağı gözlənilir.

Minimum əməkhaqqı və pensiyanın nə qədər artırılacağı ilə bağlı fikirlərini öyrənmək üçün müraciət etdiyimiz iqtisadçı ekspert Fuad İbrahimov  bildirib ki, bu, plana uyğun artılır:

“Artımın hazırda faiz nisbətini dəqiq demək bir qədər çətindir. Bu artım 5-40 faiz arasında dəyişə bilər. Bir sözlə, müəyyən standartlar əldə etmək şərtdir. Standart dedikdə, misal üçün, minimum əməkhaqqı orta əməkhaqqının 60 faizi olmalıdır. Bu qarşıya qoyulan hədəflərdən biridir. Belə olduqda vətəndaş da həyat tərzini normal şəkildə qura bilər. Əsas məqsəd əhalinin əlçatanlığını yaxşılaşdırmaqdır”.

Millət vəkili Vüqar Bayramov isə qeyd edib ki, gələn ilin büdcə sənədinə əsasən gələn dövlət ilin büdcəsinin sosial müdafiə və sosial təminat xərclərinin 4 milyard 998 milyon manat olacağı proqnozlaşdırılır:

“2024-cü ildə bu istiqamətə 4 milyard 391 milyon manat ayrılması nəzərdə tutulub. Deməli, gələn il sosial xərclər 14 faiz artırılacaq. İlkin sənəddə sosial müdafiə və sosial təminat xərclərinin stukturu qeyd edilməsə də əlavə etmək lazımdır ki, sosial sektora vəsaitlərin böyük qismi Dövlət Sosial Müdafiə Fondunun xətti ilə yönəldilir. Yəni, sözügedən büdcə maddəsində nəzərdə tutulandan daha çox vəsait sosial sferaya yönəldilir. Büdcənin ilkin parametrləri göstərir ki, 2025-ci ildə sosial paketin dərinləşməsi prioritet olacaq. Konkret artımlar ilə bağlı bütün məlumatların isə büdcə müzakirələri zamanı təqdim olunacağı gözlənilir”.

Rusiya bu ölkələrlə əməkdaşlığı dayandırdı: Səbəb nədir?
Rusiya bu ölkələrlə əməkdaşlığı dayandırdı: Səbəb nədir?
Külli miqdarda narkotik vasitəni ölkə ərazisinə keçirən şəxslər saxlanıldı
Külli miqdarda narkotik vasitəni ölkə ərazisinə keçirən şəxslər saxlanıldı
Çinin Zəngəzur dəhlizinə yanaşması diqqət çəkir - "Kaspi"nin TƏHLİLİ
Çinin Zəngəzur dəhlizinə yanaşması diqqət çəkir - "Kaspi"nin TƏHLİLİ
Bank kartınızdakı pulları belə qoruyun
Bank kartınızdakı pulları belə qoruyun
Qonşu ölkə işıqsız qaldı
Qonşu ölkə işıqsız qaldı
Polkovnik: 972 mina xəritəsi Azərbaycana təhvil verilib, 8-i isə hazırlanır
Polkovnik: 972 mina xəritəsi Azərbaycana təhvil verilib, 8-i isə hazırlanır
Ambulator müalicə alan xəstələrə şad xəbər: Pulsuz dərman təminatı nə vaxt başlayacaq?
Ambulator müalicə alan xəstələrə şad xəbər: Pulsuz dərman təminatı nə vaxt başlayacaq?
Həftəsonu bəzi yerlərə yağış yağacaq
Həftəsonu bəzi yerlərə yağış yağacaq