Bu Şəhərdə

Zəfər Günü - Şanlı tariximiz

Tarix:Dünən, 21:07
Baxış Sayı:468

Çoxəsrli tariximiz millətimizin şanlı döyüş yolu ilə zəngindir. Tarix boyu yadelli işğalçılara qarşı uzunmüddətli mübarizənin gedişində Azərbaycan xalqı öz dövlətçiliyini, öz ərazi birliyini yaradıb. Şübhəsiz ki, bu birlik lidersiz, sərkərdəsiz mümkün ola bilməzdi. Azərbaycan tarixində həm siyasi, həm də mədəni və elmi sahələrdə parlaq şəxsiyyətlər çox olmuşdur. Bu dahi şəxsiyyətlərin mənəvi və praktik irsi bəzən ölkəmiz və xalqımız üçün yolgöstərən ulduz olmuşdur. Belə şəxsiyyətlərdən biri olan Şah İsmayıl millətimizin şüurunda Azərbaycan torpaqlarını birləşdirmiş, mərkəzləşdirilmiş Azərbaycan dövlətini yaratmış dahi sərkərdədir. Lakin təəssüflər olsun ki, Şah İsmayıldan sonra vahid dövlətdə birləşən vətənimiz, torpaqlarımız zamanla işğala məruz qaldı, bölündü, itirildi. Yalnız 5 əsrdən sonra 21-ci əsrdə müstəqil Azərbaycanın Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Ordumuz işğal altında olan torpaqlarımızı azad etdi, uzun müddətdən sonra ilk dəfə olaraq, itirmədik, əksinə torpaqlarımızı geri aldıq. Azərbaycanın 44 günlük Vətən müharibəsi zamanı möhtəşəm Qələbə qazanması, uzun illərdən bəri Ermənistanın işğalı altında olan tarixi torpaqlarımızın azad olunması, ölkəmizin ərazi bütövlüyünün və tarixi ədalətin bərpa edilməsi, heç şübhəsiz, xalqımızın çoxəsrlik dövlətçilik tarixinin ən şərəfli səhifələrindən biridir.


2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhəboyu genişmiqyaslı təxribat törətməsinə cavab olaraq Azərbaycan Ordusu sonradan “Dəmir yumruq” adlandırılan əks-hücum əməliyyatına başladı. 44 gün davam edən Vətən müharibəsi təxminən otuz illik işğala son qoyulması və ərazi bütövlüyümüzün bərpası ilə nəticələndi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılmış möhtəşəm Zəfər tariximizə qızıl hərflərlə yazıldı. Ölkəmizin bu tarixi nailiyyəti təsadüfi xarakter daşımır və ötən müddətdə həm ordu quruculuğu sahəsində, həm diplomatiya cəbhəsində görülən işlərin, eyni zamanda, beynəlxalq informasiya müstəvisində Azərbaycan reallıqlarının sistemli və məqsədyönlü şəkildə təbliğinin nəticəsidir. Azərbaycanın bu qürurverici və əzəmətli Qələbəsinin müəllifi xalqımızın Ulu Öndəri Heydər Əliyevin layiqli davamçısı Prezident, Ali Baş Komandan İlham Əliyevdir.

Müasir texnologiyalara yiyələnən, son nəsil silahlara sahib olan Azərbaycan Ordusu tarixi, əzəli torpaqlarımızı işğaldan azad etmək uğrunda beynəlxalq hüquq çərçivəsində legitim döyüşlər apardı və böyük Zəfərimizi xalqımızın tarixinə həkk etdi. Azərbaycan sentyabrın 27-də başlanan İkinci Qarabağ müharibəsini hərbi-siyasi yolla 44 günə bitirdi. Bu əməliyyatlar nəticəsində müzəffər Azərbaycan Ordusu Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı şəhərlərini, xalqımızın tarixində, mədəniyyətində və qəlbində xüsusi yeri olan, Qarabağın tacı sayılan Şuşa şəhərini, Zəngilan rayonunun Mincivan, Ağbənd, Bartaz qəsəbələrini, Xocavənd rayonunun Hadrut qəsəbəsini və bir çox kəndlərini, Tərtər rayonunun Suqovuşan kəndi, Xocalı və Laçın rayonlarının bir neçə kəndi daxil olmaqla ümumilikdə 300-dən çox yaşayış məntəqəsini, həmçinin Ağdərə, Murovdağ və Zəngilan istiqamətlərində mühüm strateji yüksəklikləri işğaldan azad etdi.

Bildirilib ki, rəşadətli Azərbaycan əsgər və zabitləri addım-addım irəliləyərək, Ermənistanın uzun illər ərzində qurduğu mühəndis-istehkam sistemlərini yarıb keçdilər, torpaqlarımız qəhrəman əsgər və zabitlərimizin, şəhidlərimizin qanı və canı bahasına azad edildi. Dövlətçiliyimizin ən şərəfli səhifələrini yazan bu Zəfərlə Azərbaycan faşist ideologiyasından bəhrələnən Ermənistanın 30 illik işğalına son qoydu. Ağdamı, Kəlbəcəri və Laçını işğaldan azad etdi və dünyada qalib xalq, məğlubedilməz dövlət kimi özünü yenidən təsdiqlədi.

2020-ci ilin 8 Noyabr tarixi - doğma Qarabağın, onun dilbər guşəsi olan Şuşa şəhərinin azad edilməsi və Vətən müharibəsinin tarixi Qələbə ilə başa çatması hər bir Azərbaycan vətəndaşının qəlbində böyük qürur və iftixar hissi yaratmışdır. Ulu Öndərin vəsiyyətini layiqincə yerinə yetirən Ali Baş Komandanımız Şuşanın azad olunması xəbərini müqəddəs məkanımız olan Şəhidlər xiyabanında xalqa müraciətində bəyan etdi. Prezidentin həmin müraciəti zamanı dediyi sözlər illərin həsrətinin bitdiyi an, Zəfər tariximizə vurulan möhür oldu. Prezident İlham Əliyev xalqa müraciətində demişdir: “Mən bu gün, eyni zamanda, Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət etdim, onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır bu gün! Gözün aydın olsun, Azərbaycan! Gözünüz aydın olsun dünya azərbaycanlıları!”.

Qürurverici haldır ki, hazırda Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müstəqil dövlətimiz özünün qüdrətini bütün dünyaya nümayiş etdirir və əminliklə demək olar ki, gələcək nəsillər də bu şanlı tariximizlə fəxr edəcək.

Zəfər Günü - Şanlı tariximiz
Zəfər Günü - Şanlı tariximiz
Nüvə riskinin sərhədimizə sıçrayan dalğası: İrəvan hücuma keçəcək
Nüvə riskinin sərhədimizə sıçrayan dalğası: İrəvan hücuma keçəcək
Ukrayna ətrafında GƏRGİNLİK ARTIR - Tokayev ölkədə həyəcan təbili çaldı
Ukrayna ətrafında GƏRGİNLİK ARTIR - Tokayev ölkədə həyəcan təbili çaldı
Qanlı müharibə Almaniyanın "QAPISINI DÖYÜR" - 1000 səhifəlik əməliyyat planı hazırlandı
Qanlı müharibə Almaniyanın "QAPISINI DÖYÜR" - 1000 səhifəlik əməliyyat planı hazırlandı
Onlayn formada nikah bağlamaq prosesi necə həyata keçirilir? - - DETALLAR
Onlayn formada nikah bağlamaq prosesi necə həyata keçirilir? - - DETALLAR
Hikmət Hacıyev “Politico”nun qərəzli məqaləsini sərt TƏNQİD ETDİ
Hikmət Hacıyev “Politico”nun qərəzli məqaləsini sərt TƏNQİD ETDİ
"Telegram"ın ödənişli funksiyası artıq "WhatsApp"da PULSUZ OLDU
"Telegram"ın ödənişli funksiyası artıq "WhatsApp"da PULSUZ OLDU
Rusiyaya hücum, nüvə təhlükəsi və qlobal müharibə - Dünya üçün həlledici an
Rusiyaya hücum, nüvə təhlükəsi və qlobal müharibə - Dünya üçün həlledici an