Bu Şəhərdə

Azərbaycan xalqı 8 Noyabr – Zəfər Gününü böyük coşqu ilə, sevinc və qürurla qeyd edir

Tarix:7-11-2024, 10:42
Baxış Sayı:472


Azərbaycanın çoxəsrlik tarixinə qızıl hərflərlə yazılan Qarabağ Zəfəri Müzəffər Ali Baş Komandan İlham Əliyevin qüdrətli sərkərdəliyi, qəhrəman əsgər və zabitlərimizin, şəhidlərimizin qanı və canı bahasına qazanılıb. Xalqımız və rəşadətli Ordumuz 44 gündə şanlı tarix yazaraq 30 illik işğala son qoydu, ərazi bütövlüyümüz bərpa olundu. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev Azərbaycanı qalib ölkəyə, Azərbaycan xalqını qalib xalqa çevirdi. Bu möhtəşəm Qələbə, eyni zamanda, Prezident-Xalq birliyinin təntənəsi oldu, Azərbaycanın hərbi və iqtisadi gücünü dünyaya nümayiş etdirdi.

Bu gün isə Qarabağın yaraları sağaldılır, bu yerlərə həyat qayıtmağa başlayır. 2020-ci il sentyabrın 27-də Ermənistanın törətdiyi növbəti hərbi təxribatlara cavab olaraq Azərbaycan Ordusu əks-hücum əməliyyatına başladı. Düşmənin on illiklər boyu qurub möhkəmləndirdiyi müdafiə xətti müharibənin ilk günündə yarıldı. Həmin gün Füzuli, Cəbrayıl rayonlarının altı kəndi, Ağdərə və Murovdağ istiqamətlərində yüksəkliklər işğaldan azad olundu. Bu, ordumuzda, xalqımızda böyük ruh yüksəkliyi, Qələbəyə sonsuz inam yaratdı.

Vətən müharibəsinin ilk günündən başlayaraq daim irəli gedən ordumuz düşmənə sarsıdıcı zərbələr endirir, yaşayış məntəqələrimizi bir-birinin ardınca azad edirdi. Oktyabrın 3-də strateji əhəmiyyətə malik Suqovuşan və Talış kəndləri, bir gün sonra Cəbrayıl şəhəri və rayonun 9 kəndi düşmən tapdağından xilas olundu.

Cəbhədən qələbə xəbərləri gəlməkdə davam edir, Prezidentimizin verdiyi bu müjdələr xalqımıza sonsuz sevinc və qürur hissləri yaşadırdı. Oktyabrın 9-dan 26-dək Xocavənd rayonunun Hadrut qəsəbəsi, Füzuli şəhəri, Xudafərin körpüsü, Zəngilan və Qubadlı şəhərləri düşməndən azad edildi.

Sözsüz ki, Qələbəmizin zirvəsi noyabrın 8-də Qarabağın tacı Şuşa şəhərinin azad edilməsi oldu. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev Şəhidlər xiyabanından xalqa müraciətində səbirsizliklə gözlənilən bu müjdəni verdi.

Prezidentimiz 2020-ci il dekabrın 3-də Azərbaycan Respublikasında Zəfər Gününün təsis edilməsi haqqında Sərəncam imzaladı. Sərəncamda qeyd edildiyi kimi, xalqımızın qüdrətinin və milli qürurumuzun təntənəsinə çevrilən, dövlətimizin nüfuzu və gələcək inkişafı baxımından müstəsna əhəmiyyət kəsb edən Vətən müharibəsindəki bu misilsiz Qələbə əbədiləşdirildi. 

Vətən müharibəmiz, xüsusən Şuşa əməliyyatı hərb tariximizin ən parlaq səhifəsidir. XXI əsrin müharibəsini aparan Azərbaycanın döyüş təcrübəsi və taktikası hərbi mütəxəssislər tərəfindən yüksək qiymətləndirilir, dünyanın aparıcı hərbi məktəblərində öyrənilir. İlk dəfə idi ki, pilotsuz uçuş aparatları döyüş meydanında bu miqyasda, indiyədək görünməmiş uğurla tətbiq olunmuşdu. Bununla yanaşı, yolsuzluq şəraitində, yüngül silahlarla günlərlə yorulmadan uzun məsafə qət etmək, keçilməz sayılan yolları keçərək Şuşanı azad etmək misli görünməmiş igidlik, qəhrəmanlıq nümunəsi kimi dəyərləndirilir.

Zəfər Günümüz mübarək!

Nazilə Həsənova

315 saylı Körpələr evi - Uşaq bağçasının müdiri

Yalama Bələdiyyə sədri İskəndərov Nəbi Piriməli oğlu öz işinin peşəkarı bir insandır
Yalama Bələdiyyə sədri İskəndərov Nəbi Piriməli oğlu öz işinin peşəkarı bir insandır
Zəngilan Rayon Polis Şöbəsinin rəisi, polkovnik-leytinant Bəkir Cabbarov Ulu Öndər Heydər Əliyevin siyasi kursuna daim sadiqdir
Zəngilan Rayon Polis Şöbəsinin rəisi, polkovnik-leytinant Bəkir Cabbarov Ulu Öndər Heydər Əliyevin siyasi kursuna daim sadiqdir
Rusiya bu ölkələrlə əməkdaşlığı dayandırdı: Səbəb nədir?
Rusiya bu ölkələrlə əməkdaşlığı dayandırdı: Səbəb nədir?
Külli miqdarda narkotik vasitəni ölkə ərazisinə keçirən şəxslər saxlanıldı
Külli miqdarda narkotik vasitəni ölkə ərazisinə keçirən şəxslər saxlanıldı
Çinin Zəngəzur dəhlizinə yanaşması diqqət çəkir - "Kaspi"nin TƏHLİLİ
Çinin Zəngəzur dəhlizinə yanaşması diqqət çəkir - "Kaspi"nin TƏHLİLİ
Bank kartınızdakı pulları belə qoruyun
Bank kartınızdakı pulları belə qoruyun
Qonşu ölkə işıqsız qaldı
Qonşu ölkə işıqsız qaldı
Polkovnik: 972 mina xəritəsi Azərbaycana təhvil verilib, 8-i isə hazırlanır
Polkovnik: 972 mina xəritəsi Azərbaycana təhvil verilib, 8-i isə hazırlanır