Bu Şəhərdə

Bu şəxslərə istilik verilməyəcək - XƏBƏRDARLIQ

Tarix:5-11-2024, 21:25
Baxış Sayı:594


Artıq istilik sistemlərinin verilməsinə az zaman qalıb.

Bəs bu il vətəndaşlar istilik sistemindən problemsiz istifadə edə biləcəklər?

Mövzu ilə bağlı "Azəristiliktəchizat" ASC-nin mətbuat katibi Elvin Basqallı açıqlamasında bildirib ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 sentyabr 2023-cü il tarixli 303 nömrəli qərarı ilə təsdiq edilmiş "İstilik enerjisindən istifadə qaydaları"na əsasən respublikanın dağ rayonlarında 1 noyabr tarixindən etibarən istilik verilişinə başlanılıb.

O qeyd edib ki, cəmiyyətin xidmət zonasına daxil olan 9 dağ rayonunda (Şuşa, Qəbələ, Quba, Qusar, Xaçmaz, Siyəzən, Şabran, Lerik, Şamaxı ) payız-qış mövsümü ərzində 39 qazanxana və 1 istilik məntəqəsi vasitləsi ilə 34 yaşayış binası, 16 orta məktəb, 3 uşaq bağçası, 2 səhiyyə müəssisəsi, 18 sosial və təsərrüfat hesablı obyektlər istiliklə təchiz olunacaq və mövsüm növbəti ilin may ayının 1-nə qədər davam edəcək.Respublikaının digər ərazilərində, o cümlədən Bakı şəhərində isə payız-qış mövsümü cari ilin noyabr ayının 15-dən başlayaraq növbəti ilin aprel ayının 15-nə qədər davam edəcəkdir:

"Cari mövsümdə "Azəristiliktəchizat" ASC tərəfindən Bakı şəhəri və respublikanın regionlarında balansında olan 553 qazanxana və 88 istilik məntəqəsi vasitəsi ilə 3278 yaşayış binasının, 184,500 minə yaxın mənzilin, 286 orta məktəbin, 158 uşaq bağçasının, 150 səhiyyə müəssisəsinin, 2600-a yaxın sosial və təsərrüfat hesablı obyektlərin istiliklə təmin edilməsi nəzərdə tutulur".

Abonentlərin hansı halda istilik təminatı dayandırıla bilər?

"Yalnız binanın daha çox sakini istilik borcunu uzun müddət ərzində ödəməyib və ya ödəməkdən yayınırsa, bu halda bir neçə ünvanda maarifləndirici xəbərdarlıq edilir. Bu xəbərdarlıqla sakinlərə bildirilir ki, istilik borcu və xidmət haqqı ödənilməlidir, əks halda istilik təminatı olmaya bilər".

Rusiya bu ölkələrlə əməkdaşlığı dayandırdı: Səbəb nədir?
Rusiya bu ölkələrlə əməkdaşlığı dayandırdı: Səbəb nədir?
Külli miqdarda narkotik vasitəni ölkə ərazisinə keçirən şəxslər saxlanıldı
Külli miqdarda narkotik vasitəni ölkə ərazisinə keçirən şəxslər saxlanıldı
Çinin Zəngəzur dəhlizinə yanaşması diqqət çəkir - "Kaspi"nin TƏHLİLİ
Çinin Zəngəzur dəhlizinə yanaşması diqqət çəkir - "Kaspi"nin TƏHLİLİ
Bank kartınızdakı pulları belə qoruyun
Bank kartınızdakı pulları belə qoruyun
Qonşu ölkə işıqsız qaldı
Qonşu ölkə işıqsız qaldı
Polkovnik: 972 mina xəritəsi Azərbaycana təhvil verilib, 8-i isə hazırlanır
Polkovnik: 972 mina xəritəsi Azərbaycana təhvil verilib, 8-i isə hazırlanır
Ambulator müalicə alan xəstələrə şad xəbər: Pulsuz dərman təminatı nə vaxt başlayacaq?
Ambulator müalicə alan xəstələrə şad xəbər: Pulsuz dərman təminatı nə vaxt başlayacaq?
Həftəsonu bəzi yerlərə yağış yağacaq
Həftəsonu bəzi yerlərə yağış yağacaq