Bu Şəhərdə

Vətən müharibəsinin 34-cü günü: Doqquz kənd işğaldan azad edilir

Tarix:30-10-2024, 13:59
Baxış Sayı:0

2020-ci il oktyabrın 30-u, bizi torpaqlarımızın azadlığına aparan Vətən müharibəsinin otuz dördüncü günü.

Gecə ərzində döyüş əməliyyatları, əsasən, cəbhənin Ağdərə, Xocavənd və Qubadlı istiqamətlərində davam edir. Bərdə və Tərtər şəhərlərinə raket hücumları həyata keçirən üç ədəd "Smerç" yaylım atəşli reaktiv sistemləri və ermənilərn qondarma özünümüdafiə ordusu adlandırdıqları Ermənistan silahlı qüvvələrinin 1-ci ümumqoşun ordusu komandanının silahlanma üzrə müavini polkovnik Viktor Arustamyan, o cümlədən xeyli sayda canlı qüvvəsi, həmçinin "BM21" "Qrad", bir ədəd "Osa" zenit-raket kompleksi, üç ədəd "T-72" tankı, iki ədəd "Qvozdika" özüyeriyən haubitsası, 10 ədəd artilleriya topu, piyadanın döyüş maşını, üç tank, dörd ədəd avtomobil texnikası, yeni istismara verilmiş raket artilleriya silah anbarı, "Su-25" təyyarəsi və bir ədəd "P-18" radiolokasiya stansiyası bölmələrimizin dəqiq atəş zərbələri ilə məhv edilir.

Düşmən yenə də mənfur siyasətindən əl çəkmir. Azərbaycan Ordusu döyüş meydanında Ermənistan silahlı qüvvələrini cəzalandırdıqca düşmən yaşayış məntəqələrinə və mülki əhaliyə atəş açmağa davam edir. Yenə də səhər saatlarından başlayaraq Ermənistan silahlı qüvvələri Goranboy, Tərtər, Ağdam, Ağcabədi və Göygöl rayonlarının ərazisini artilleriya atəşinə tutur. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin verdiyi məlumata görə, Ermənistan silahlı qüvvələrinin Ağcabədi və Göygöl rayonlarını mütəmadi artilleriya atəşinə tutması nəticəsində Ağgöl və Göygöl Milli parklarının ərazilərinə bir neçə dəfə raket mərmiləri düşür.

Bütün bunların fonunda Prezident İlham Əliyev xalqa növbəti müjdəni verir. Ölkə başçısı özünün "X" səhifəsində Cəbrayıl rayonunun Xudaverdili, Qurbantəpə, Şahvələdli, Xubyarlı kəndləri, Zəngilan rayonunun Aladin, Vejnəli kəndləri, Qubadlı rayonunun Kavdadıq, Məmər, Mollalı kəndlərinin işğaldan tam azad edildiyini açıqlayır.

Beləliklə, müharibənin 34-cü günündə də üstünlüyün Azərbaycan Ordusunun tərəfində olması torpaqlarımızın hər yerində tezliklə bayrağımızın dalğalanacağından xəbər verir.

Zəfər Günü - Şanlı tariximiz
Zəfər Günü - Şanlı tariximiz
Nüvə riskinin sərhədimizə sıçrayan dalğası: İrəvan hücuma keçəcək
Nüvə riskinin sərhədimizə sıçrayan dalğası: İrəvan hücuma keçəcək
Ukrayna ətrafında GƏRGİNLİK ARTIR - Tokayev ölkədə həyəcan təbili çaldı
Ukrayna ətrafında GƏRGİNLİK ARTIR - Tokayev ölkədə həyəcan təbili çaldı
Qanlı müharibə Almaniyanın "QAPISINI DÖYÜR" - 1000 səhifəlik əməliyyat planı hazırlandı
Qanlı müharibə Almaniyanın "QAPISINI DÖYÜR" - 1000 səhifəlik əməliyyat planı hazırlandı
Onlayn formada nikah bağlamaq prosesi necə həyata keçirilir? - - DETALLAR
Onlayn formada nikah bağlamaq prosesi necə həyata keçirilir? - - DETALLAR
Hikmət Hacıyev “Politico”nun qərəzli məqaləsini sərt TƏNQİD ETDİ
Hikmət Hacıyev “Politico”nun qərəzli məqaləsini sərt TƏNQİD ETDİ
"Telegram"ın ödənişli funksiyası artıq "WhatsApp"da PULSUZ OLDU
"Telegram"ın ödənişli funksiyası artıq "WhatsApp"da PULSUZ OLDU
Rusiyaya hücum, nüvə təhlükəsi və qlobal müharibə - Dünya üçün həlledici an
Rusiyaya hücum, nüvə təhlükəsi və qlobal müharibə - Dünya üçün həlledici an