Bu Şəhərdə

Beynəlxalq konfransda Fransanın müstəmləkəçilik siyasəti ifşa olunaraq pislənilib

Tarix:23-10-2024, 10:27
Baxış Sayı:0

BMT-nin Cenevrə Ofisində İnsan Hüquqları Komitəsinin (İHK) 142-ci sessiyası çərçivəsində Bakı Təşəbbüs Qrupu (BTQ) tərəfindən "Mülki və Siyasi Hüquqlar Haqqında Beynəlxalq Pakt və Fransız Müstəmləkəçiliyinin Nəticələri" adlı beynəlxalq konfrans keçirilib.

Konfransda Fransa və Niderland müstəmləkələri - Yeni Kaledoniya, Fransız Polineziyası, Martinik, Qvadelupa, Fransız Qvianası, Korsika, Mayot, Boner, Sen-Martin, eləcə də Qayanadan parlamentarilər, QHT və siyasi partiya rəhbərləri, ekspertlər, hüquqşünaslar, elm xadimləri, tədqiqatçılar, həmçinin İsveçrə, Rusiya və qazaxıstanlı diplomatlar iştirak ediblər.

Eyni zamanda məşhur siyasi fəal və "Urgencies Panafricanist" təşkilatının prezidenti Kemi Seba tədbirə qatılıb.

Konfrans iştirakçıları Fransa və Niderland müstəmləkəçiliyinin nəticələri olan ərazilərdəki cari vəziyyət, habelə insan hüquqlarının kobud pozuntuları haqqında ətraflı məlumat verib və BTQ-nin müstəmləkə zorakılığı altında boğulan xalqların səsini beynəlxalq ictimaiyyətə çatdırmaq istiqamətindəki fəaliyyətini yüksək qiymətləndirib.

BTQ-nin İcraçı direktoru Abbas Abbasov Fransanın müxtəlif növ təzyiqlərinə baxmayaraq, rəhbərlik etdiyi təşkilatın əsarət altında olan xalqların səsi olmaqda davam edəcəyini və BTQ-nin nüfuzlu beynəlxalq platforma kimi daha da genişlənməni hədəflədiyini bildirib. O, Fransa tərəfini BTQ ilə əməkdaşlığa görə müstəqillik tərəfdarlarını təqib etməyi dayandırmağı tələb edib.

Məşhur Panafrikanist Kemi Seba keçən həftə Fransa təhlükəsizlik qüvvələri tərəfindən qeyri-qanuni saxlanılması və 72 saat ərzində ona verilmiş işgəncələr barədə ətraflı məlumat verib.

Konfrans iştirakçıları BMT və digər beynəlxalq təşkilatlara müstəmləkəçiliyin aradan qaldırılması istiqamətində əməli və təsirli addımlar atmağa çağırıblar.

Tədbirin sonunda iştirakçılar üzərində "Fransa müstəmləkəçiliyinə son!" yazılmış köynəklər geyinərək, Fransanın müstəmləkəçilik siyasətini pisləyən plakatlar qaldırıblar.

Rusiya ABŞ və İrana görə HƏRƏKƏTƏ KEÇDİ
Rusiya ABŞ və İrana görə HƏRƏKƏTƏ KEÇDİ
Bu gün 33 dərəcə isti olacaq
Bu gün 33 dərəcə isti olacaq
Yeni bir 11 sentyabr hücumu planlaşdırılır? - Gizli hesabat
Yeni bir 11 sentyabr hücumu planlaşdırılır? - Gizli hesabat
Ekspert qlobal istiləşmənin əsas səbəbini AÇIQLADI
Ekspert qlobal istiləşmənin əsas səbəbini AÇIQLADI
25 ilə insanlar 1000 il yaşaya biləcək
25 ilə insanlar 1000 il yaşaya biləcək
Vanqadan qalmaqallı proqnoz: İnsanlar bu il ilk dəfə yadplanetlilərlə tanış olacaq
Vanqadan qalmaqallı proqnoz: İnsanlar bu il ilk dəfə yadplanetlilərlə tanış olacaq
Alkoqol 7 növ xərçəngə səbəb olurmuş
Alkoqol 7 növ xərçəngə səbəb olurmuş
Sabunçu bazarında yanğın baş verdi - Video
Sabunçu bazarında yanğın baş verdi - Video