Bu Şəhərdə

"Şuşa" musiqili filmi məşhur yayım platformasında təqdim olunub

Tarix:19-10-2024, 10:48
Baxış Sayı:2

Heydər Əliyev Fondu və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı, Heydər Əliyev Mərkəzi və Bakı Media Mərkəzinin dəstəyi ilə çəkilən "Şuşa" adlı film "Stigmart" məşhur musiqili yayım platformasında yerləşdirilib.

Bu barədə Mədəniyyət Nazirliyindən məlumat verilib.

Bildirilib ki, beynəlxalq layihə olaraq "Altea Media" şirkəti tərəfindən lentə alınan film Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərinin və klassik musiqi irsimizin dünyada təbliği məqsədi daşıyır.

Filmdə Şuşa ilə bağlı arxiv materialları və şəhərin müasir ecazkar görüntüləri Xalq artisti Murad Hüseynovun pianoda Fikrət Əmirov, Qara Qarayev, Tofiq Quliyev, Adil Bəbirov kimi görkəmli bəstəkarlarımızın klassik əsərlərini ifası ilə müşayiət olunur.

Eyni zamanda, Qarabağ xalçaları və Xalq rəssamı Arif Hüseynov, gənc rəssamlar Leyla Əliyeva və Anar Hüseynzadənin əsərləri təqdim edilir. Filmdə AzTV, Milli Arxiv İdarəsi və "Azərxalça" ASC tərəfindən təqdim edilmiş materiallardan istifadə olunub.

Filmin dünyanın ən məşhur musiqi kanallarından hesab edilən "Mezzo TV"də də yayımlanması nəzərdə tutulur.

Bu telefon sahiblərinə pis xəbər: "WhatsApp" işləməyəcək!
Bu telefon sahiblərinə pis xəbər: "WhatsApp" işləməyəcək!
Erməniəsilli şəxslərin məhkəməsi bu gün davam edəcək
Erməniəsilli şəxslərin məhkəməsi bu gün davam edəcək
Pensiyalarla bağlı gözlənilən xəbər! - Yaxın zamanda mühüm qərar veriləcək
Pensiyalarla bağlı gözlənilən xəbər! - Yaxın zamanda mühüm qərar veriləcək
Ermənistanın təqdim etdiyi mina xəritələri nə qədər dəqiqdir? - XİN AÇIQLADI
Ermənistanın təqdim etdiyi mina xəritələri nə qədər dəqiqdir? - XİN AÇIQLADI
Bu günə olan hava PROQNOZU
Bu günə olan hava PROQNOZU
İrsi ola bilən xarakter əlamətləri məlum oldu
İrsi ola bilən xarakter əlamətləri məlum oldu
Hikmət Hacıyevə ağır itki üz verdi
Hikmət Hacıyevə ağır itki üz verdi
Biz Cənub Qafqaz Boru Kəmərini, TANAP-ı və TAP-ı genişləndirməliyik
Biz Cənub Qafqaz Boru Kəmərini, TANAP-ı və TAP-ı genişləndirməliyik