Bu Şəhərdə

Mirzoyan İstanbula gedir: Bakı və Ankara İrəvandan nələri tələb edəcək?

Tarix:17-10-2024, 10:09
Baxış Sayı:1

“3+3 formatındakı görüş Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzalanması üçün müqəddimə ola bilər”.

Bu barədə erməni türkoloq Mher Abramyan 3+3 formatında xarici işlər nazirlərinin İstanbulda keçiriləcək görüşü haqqında deyib.

Abramyan iddia edir ki, “3+3” platformasında sülh müqaviləsi layihəsinin razılaşdırılmamış məqamları müzakirə oluna bilər: “Bu da yekun sənədin imzalanmasını yaxınlaşdıracaq. Türkiyə və Azərbaycan birgə hərəkət edəcək və erməni maraqlarını irəli sürməyə o qədər də meylli olmayan Ermənistan rəhbərliyi müəyyən razılığa gələ bilər, ən azı kağız üzərində”.

Erməni türkoloq bildirib ki, mövcud vəziyyətdə Ermənistan tərəfi sülh sənədinin imzalanmasına tələsir və bu, Bakı və Ankaraya Cənubi Qafqazda mövqelərini gücləndirmək imkanı verir.

“Rusiya Ukrayna böhranı ilə məşğul olduğu, Qərb “sülh göyərçini” roluna can atdığı vaxt Türkiyənin bölgədə mövqeləri güclənir. Türkiyə sərhədlərini qorumaq və Sünik vasitəsilə dəhlizin (Zəngəzur dəhlizi) yaradılmasına nail olmaq üçün bölgəyə girdi, hazırda da “yumşaq güc” siyasətini həyata keçirir. Türkiyə-Azərbaycan tandemi Ermənistana qarşı “yumşaq güc” siyasətini yürüdür, rəsmi İrəvanın təmsilçiləri ilə görüşür, yaxud bu görüşləri ləğv edir. Son olaraq, Bakı Alen Simonyanla planlaşdırılan görüşün ləğvi ilə göstərdi ki, Azərbaycan Ermənistan rəhbərliyini istənilən vaxt və istənilən şəkildə görməzlikdən gələ bilir”, - Abramyan vurğulayıb.

Qeyd edək ki, “3+3” formatında növbəti görüş oktyabrın 18-də İstanbulda baş tutacaq. Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla yanaşı, Ermənistan xarici işlər naziri Ararat Mirzoyanın da iştirak edəcəyi görüşdə sülh müqaviləsi üzrə danışıqların keçirilməsi gözləntiləri də var.

Rusiya və ABŞ fəlakət ssenarisinə hazırlaşır: Görün Marsda nə yaradacaqlar
Rusiya və ABŞ fəlakət ssenarisinə hazırlaşır: Görün Marsda nə yaradacaqlar
Birinci Kosmik Müharibəyə hazırlıq başladı - Yer orbitində peyklər VURULA BİLƏR
Birinci Kosmik Müharibəyə hazırlıq başladı - Yer orbitində peyklər VURULA BİLƏR
50 yaşına qədər insult riskini iki dəfə artıran faktorlar
50 yaşına qədər insult riskini iki dəfə artıran faktorlar
Nazirliyin lisenziya vermədiyi plastik cərrahlar - Onların taleyi necə olacaq?
Nazirliyin lisenziya vermədiyi plastik cərrahlar - Onların taleyi necə olacaq?
Babayan Xocalı soyqırımında iştirak etdiyini məhkəmədə etiraf etdi
Babayan Xocalı soyqırımında iştirak etdiyini məhkəmədə etiraf etdi
Bu məlumatlarınız təhlükədə ola bilər - RƏSMİ XƏBƏRDARLIQ
Bu məlumatlarınız təhlükədə ola bilər - RƏSMİ XƏBƏRDARLIQ
İlham Əliyev “Sea Breeze”dəki layihələrlə tanış oldu
İlham Əliyev “Sea Breeze”dəki layihələrlə tanış oldu
Azad olunmuş ərazilərə bu il nə qədər pul xərclənib?
Azad olunmuş ərazilərə bu il nə qədər pul xərclənib?