Bu Şəhərdə

Ermənistan ballistik raket alır: Gəncənin vurulması ssenarisi təkrarlanacaq?

Tarix:15-10-2024, 11:00
Baxış Sayı:1

Hindistan “Pralay” kvaziballistik raketləri Ermənistana satmağa hazırlaşır.

“Alpha Defence” portalı Hindistan hökumətinin raketlərin “dost” ölkəyə ixracına icazə verdiyini yazır.

Yazıya əlavə edilən fotolardan aydın olur ki, söhbət “Pralay” kvaziballistik raketlərindən gedir.

Ötən ay “İndian Defense Research Ving” nəşri bildirmişdi ki, Hindistan “Pralay” raketlərini Ermənistana mümkün qədər tez çatdırılması ilə bağlı müqavilə bağlamaq niyyətindədir. “Pralay” kvaziballistik, qatı yanacaqla işləyən “yer-yer” raketdir, 500 km mənzilə sahibdir. Hindistan Raket Texnologiyalarına Nəzarət Rejiminin üzvü olduğu üçün 300 km və ya daha çoxmənzilli və faydalı yükü 500 kq və ya daha çox olan raketlərin ixracına nəzarət etməlidir. Bu baxımdan, Dehli “Pralay” raketini Ermənistana uyğunlaşdıraraq, onun uçuş məsafəsini azaltmalıdır.

Ermənistanın Azərbaycana qarşı yeni təxribatlar hazırlığı fonunda ballistik raket almaq istəyi xüsusilə diqqət çəkir. Bu, həm də 44 günlük müharibədə Ermənistanın cəbhə xəttindən yüzlərlə kilometr uzaqda yerləşən şəhərləri – Gəncə, Bərdə, Tərtər və digər əraziləri raket atəşinə tutduğunu yada salır. Bu baxımdan, heç kim Ermənistanın kvaziballistik raketə sahib olacağı təqdirdə, bundan sivilləri hədəfə almayacağına zəmanət verə bilməz.

Rusiya ABŞ və İrana görə HƏRƏKƏTƏ KEÇDİ
Rusiya ABŞ və İrana görə HƏRƏKƏTƏ KEÇDİ
Bu gün 33 dərəcə isti olacaq
Bu gün 33 dərəcə isti olacaq
Yeni bir 11 sentyabr hücumu planlaşdırılır? - Gizli hesabat
Yeni bir 11 sentyabr hücumu planlaşdırılır? - Gizli hesabat
Ekspert qlobal istiləşmənin əsas səbəbini AÇIQLADI
Ekspert qlobal istiləşmənin əsas səbəbini AÇIQLADI
25 ilə insanlar 1000 il yaşaya biləcək
25 ilə insanlar 1000 il yaşaya biləcək
Vanqadan qalmaqallı proqnoz: İnsanlar bu il ilk dəfə yadplanetlilərlə tanış olacaq
Vanqadan qalmaqallı proqnoz: İnsanlar bu il ilk dəfə yadplanetlilərlə tanış olacaq
Alkoqol 7 növ xərçəngə səbəb olurmuş
Alkoqol 7 növ xərçəngə səbəb olurmuş
Sabunçu bazarında yanğın baş verdi - Video
Sabunçu bazarında yanğın baş verdi - Video