Bu Şəhərdə

Ağcabədi Rayon Mərkəzi Xəstəxanasına direktoru Təranə Məmmədova öz sahəsinin peşəkarıdır, tapşırılan hər bir iş bir qayda olaraq tez və keyfiyyətlə icra olunur

Tarix:15-10-2024, 10:07
Baxış Sayı:6

 

O, bu gün respublikamızın Səhiyyə sahəsində qədərincə tanınıb və respublika miqyasında kifayət qədər ad-san qazana bilib. O, cəmiyyətdə nüfuz qazandığı kimi, işlədiyi kollektivdə də bir şəxsiyyət kimi sevilir. Qeyd etmək lazımdır ki, onun səyi nəticəsində işlədiyi sahədə peşəkar, öz işinin öhdəsindən layiqincə gələn kadr potensialı toplanmışdır. Söhbət Ağcabədi Rayon Mərkəzi Xəstəxanasına direktoru Təranə Məmmədovadan gedir. 

Xəstəxanada tibb heyəti öz işlərini vicdanla yerinə yetirirlər, xəstələrə hər zaman xüsusi diqqət və qayğı ilə yanaşırlar. Onların problemləri ilə yaxından maraqlanır, həlli üçün əllərindən gələni edirlər. Klinikada yüksək səviyyəli laboratoriya da fəaliyyət göstərir. Bunlardan əlavə klinikada fəaliyyət göstərən digər həkimlər hər biri olduqca savadlı və öz işinin peşəkarı insanlardır.

Təranə həkim hər zaman ünsiyyətdə olduğu, əlaqəli şəkildə işlədiyi pasientlər tərəfindən bir insan kimi yüksək qiymətləndirilib. Çünki o, işini biləndir, həyatda nə qazanıbsa zəhməti, alın təri ilə əldə edib. Öz sahəsinin peşəkarıdır, tapşırılan hər bir iş bir qayda olaraq tez və keyfiyyətlə icra olunur.

Təranə xanım özünə və ətrafındakı insanlara qarşı çox diqqətcil və qayğıkeşdir, nəzakətli, ciddi və mənəvi dəyərlərin daşıyıcısı, saf əqidəli insandır. Bu gün cəsarətlə demək olar ki, sözügedən şəxs bacarıqlı rəhbər kimi Azərbaycanın səhiyyə sahəsi tarixinə adını qızıl hərflərlə yazmış insanlardandır.

O, bu gün çox nikbindir, Azərbaycanımızın uğurlu sabahına inanır və bunun üçün üzərinə düşən bütün vəzifələri bir həkim kimi vicdan və məsuliyyətlə yerinə yetirir. 

Bizdə bu çətin və şərəfli işini böyük ləyaqət və vicdan hissi ilə icra etdiyi üçün Təranə həkimə təşəkkür edir, gələcək işlərində uğur və müvəffəqiyyətlər arzu edirik.  

Nüvə riskinin sərhədimizə sıçrayan dalğası: İrəvan hücuma keçəcək
Nüvə riskinin sərhədimizə sıçrayan dalğası: İrəvan hücuma keçəcək
Ukrayna ətrafında GƏRGİNLİK ARTIR - Tokayev ölkədə həyəcan təbili çaldı
Ukrayna ətrafında GƏRGİNLİK ARTIR - Tokayev ölkədə həyəcan təbili çaldı
Qanlı müharibə Almaniyanın "QAPISINI DÖYÜR" - 1000 səhifəlik əməliyyat planı hazırlandı
Qanlı müharibə Almaniyanın "QAPISINI DÖYÜR" - 1000 səhifəlik əməliyyat planı hazırlandı
Onlayn formada nikah bağlamaq prosesi necə həyata keçirilir? - - DETALLAR
Onlayn formada nikah bağlamaq prosesi necə həyata keçirilir? - - DETALLAR
Hikmət Hacıyev “Politico”nun qərəzli məqaləsini sərt TƏNQİD ETDİ
Hikmət Hacıyev “Politico”nun qərəzli məqaləsini sərt TƏNQİD ETDİ
"Telegram"ın ödənişli funksiyası artıq "WhatsApp"da PULSUZ OLDU
"Telegram"ın ödənişli funksiyası artıq "WhatsApp"da PULSUZ OLDU
Rusiyaya hücum, nüvə təhlükəsi və qlobal müharibə - Dünya üçün həlledici an
Rusiyaya hücum, nüvə təhlükəsi və qlobal müharibə - Dünya üçün həlledici an
Türkiyədən COP29-a neçə nəfər gəlib? - Nazir AÇIQLADI
Türkiyədən COP29-a neçə nəfər gəlib? - Nazir AÇIQLADI