Bu Şəhərdə

Maliyyə Nazirliyi ilə Qiymətləndiricilər Palatası arasında görüş keçirilib

Tarix:Dünən, 10:25
Baxış Sayı:400


 
Azərbaycan Respublikası Maliyyə Nazirliyi ilə Azərbaycan Qiymətləndiricilər Palatası arasında görüş keçirilib, əməkdaşlıq münasibətləri çərçivəsində önəmli məsələlər müzakirə olunub. Azərbaycan Qiymətləndiricilər Palatasının rəhbərliyi ilə maliyyə nazirinin müavini Azər Bayramovun iştirakı ilə baş tutan görüşdə qurumun fəaliyyətində dayanıqlığın və inkişafın təmin olunması üçün vacib olan məqamlar müzakirə olunub.
Görüşdə Palatanın illik əsasda dövlət büdcəsindən maliyyələşdirilməsi, Beynəlxalq Qiymətləndirmə Standartları Şurasına (IVSC) üzvlük haqqının dövlət tərəfindən qarşılanması, dövlət qurumlarının sifarişi ilə aparılan qiymətləndirmə işlərinə görə xidmət haqlarının maliyyələşdirilməsi üçün mexanizmin yaradılması, elektron portalın hazırlanması və rəqəmsal transformasiyanın həyata keçirilməsi əsas müzakirə mövzuları olub
Xüsusilə qeyd olunub ki, elektron portal qiymətləndirmə sahəsində vahid informasiya bazasının yaradılmasına, sənəd dövriyyəsinin elektronlaşdırılmasına və şəffaflıqla yanaşı, operativliyin artırılmasına imkan verəcək. Bu təşəbbüs həm də ölkənin rəqəmsallaşma siyasəti ilə tam uzlaşır və ciddi maliyyə-texniki dəstək tələb edir.
Görüş qarşılıqlı anlaşma şəraitində keçib və razılaşdırılıb ki, Palata üçün mühüm olan məsələlər layihə formasında hazırlanaraq Maliyyə Nazirliyi təqdim olunsun.



Qurtuluş 93” MTK-nın rəhbəri Məhərrəm Novruzov Ulu Öndər Heydər Əliyevin siyasi kursuna daim sadiqdir
Qurtuluş 93” MTK-nın rəhbəri Məhərrəm Novruzov  Ulu Öndər Heydər Əliyevin siyasi kursuna daim sadiqdir
Maliyyə Nazirliyi ilə Qiymətləndiricilər Palatası arasında görüş keçirilib
Maliyyə Nazirliyi ilə Qiymətləndiricilər Palatası arasında görüş keçirilib
Hindistan-Pakistan müharibəsi
Hindistan-Pakistan müharibəsi
Pulu qorumaq üçün kart sahiblərinə 7 vacib məsləhət
Pulu qorumaq üçün kart sahiblərinə 7 vacib məsləhət
Türkiyədən Pakistana SİYASİ DƏSTƏK - Fidan zəng etdi, XİN bəyanat yaydı
Türkiyədən Pakistana SİYASİ DƏSTƏK - Fidan zəng etdi, XİN bəyanat yaydı
Pakistandan Fransaya AĞIR ZƏRBƏ - Bu şirkətin səhmləri kəskin ucuzlaşdı
Pakistandan Fransaya AĞIR ZƏRBƏ - Bu şirkətin səhmləri kəskin ucuzlaşdı
Pakistandan QİSAS ƏMƏLİYYATI: Hindistanın 5-ci qırıcısı vuruldu, qərargah məhv edildi - YENİLƏNİR
Pakistandan QİSAS ƏMƏLİYYATI: Hindistanın 5-ci qırıcısı vuruldu, qərargah məhv edildi - YENİLƏNİR
Səhər yeməyinin ƏN PİS NÖVÜ - Ciddi sağlamlıq problemlərinə yol açır
Səhər yeməyinin ƏN PİS NÖVÜ - Ciddi sağlamlıq problemlərinə yol açır