Bu Şəhərdə

Bakıda tikiləcək 10 yeni metro stansiyasının DƏQİQ YERLƏRİ müəyyənləşdirilib

Tarix:Dünən, 21:45
Baxış Sayı:399

"2030-cu ilə kimi tikiləcək 10 yeni stansiyanın dəqiq yerlərinin müəyyənləşdirilməsi prosesi tamamlanmaq üzrədir".

Bu fikirləri açıqlamasında "Bakı Metropoliteni" QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov metroda gözlənilən yeniliklərlə bağlı danışarkən deyib.

O bildirib ki, 2030-cu ilə qədər icrası nəzərdə tutulmuş genişmiqyaslı layihəyə əsasən, 10 yeni stansiyanın 6-sı "bənövşəyi" xəttin, 4-ü isə "yaşıl" xəttin üzərində yerləşəcək:

"Stansiyalar arasında tunellərin və keçid yollarının layihələndirilməsi işi aparılır".

B.Məmmədov əlavə edib ki, yeni stansiyalar sayəsində Bakı-Sumqayıt-Xırdalan və digər istiqamətlərdən gələn sərnişinlər şəhər mərkəzinə daha rahat şəkildə çatacaqlar:

"Yeni şəbəkə "Nizami", "Sahil" və "Xətai" stansiyalarında digər xətlərlə keçidi təmin etməklə sərnişin axınını xeyli optimallaşdıracaq. "Yaşıl" xətt üzərində yerləşəcək 4 yeni stansiya isə 8 Noyabr prospektindən Əhmədliyə qədər olan ərazilər və ətraf kəndlər üçün mühüm əhəmiyyət daşıyacaq. Layihə, həmçinin, xətlərin ayrılması baxımından da önəmlidir".

“Ünvanli sosial yardım” almaqla bağlı aldana bilərsiniz – XƏBƏRDARLIQ
“Ünvanli sosial yardım” almaqla bağlı aldana bilərsiniz – XƏBƏRDARLIQ
DİN-dən əhaliyə xəbərdarlıq
DİN-dən əhaliyə xəbərdarlıq
Trampın gizli planları üzə çıxdı - Məqsədi nədir?
Trampın gizli planları üzə çıxdı - Məqsədi nədir?
Vətəndaşların NƏZƏRİNƏ - Sabah Bakıda 27 marşrutun hərəkət istiqaməti dəyişdiriləcək
Vətəndaşların NƏZƏRİNƏ - Sabah Bakıda 27 marşrutun hərəkət istiqaməti dəyişdiriləcək
Bakıda tikiləcək 10 yeni metro stansiyasının DƏQİQ YERLƏRİ müəyyənləşdirilib
Bakıda tikiləcək 10 yeni metro stansiyasının DƏQİQ YERLƏRİ müəyyənləşdirilib
Bakı metrosunda interval BİR DƏQİQƏ olacaq - RƏSMİ
Bakı metrosunda interval BİR DƏQİQƏ olacaq -  RƏSMİ
Azərbaycan millisinin cüdoçusu qabırğasını sındırdı - RƏSMİ
Azərbaycan millisinin cüdoçusu qabırğasını sındırdı - RƏSMİ
Türkiyədən RƏSMİ AÇIQLAMA - Azərbaycana gələn Netanyahuya İCAZƏ VERİLMƏYƏCƏK Kİ...
Türkiyədən RƏSMİ AÇIQLAMA - Azərbaycana gələn Netanyahuya İCAZƏ VERİLMƏYƏCƏK Kİ...