Bu Şəhərdə

Ermənistan sərhəddə yeni qüvvələr toplayır - Hücum planının detalları

Tarix:4-10-2024, 15:31
Baxış Sayı:0

Ermənistanda təlim-məşq tolantısına çağırılan şəxslər Azərbaycanla sərhəddə döyüş mövqelərinə göndərilir.

Bu barədə Ermənistan mediası yazıb.

Təlim-məşq toplantısı 25 gün nəzərdə tutulsa da, çağırışçıların bir çoxu uzun müddət xidmətdə saxlanılır. Adının çəkilməsini istəməyən çağırışçılardan biri “Hraparak” nəşrinə bildirib ki, onlara posta çıxmayacaqları deyilsə də, toplanış məntəqəsindən birbaşa döyüş mövqeyinə aparıblar və sona qədər orda qalıblar.

Ermənistan Müdafiə Nazirliyi məsələ ilə bağlı açıqlamasında təsdiq edib ki, təlim-məşq toplantısının iştirakçıları döyüş növbətçiliyindədir.

Erməni hərbi ekspert Mher Akopyan isə deyir ki, qanunvericiliyə görə təlim-məşq toplantısı 5 gün olmalıdır: “Lakin 25 gün ediblər. Bununla yanaşı, təlimə qatılanlar daha uzun müddət orada saxlanılır. İştirakçılardan biri mənim yaxınımdır. O bildirir ki, maddi təminat bərbad vəziyyətdədir. 3 çarpayıda 7 nəfər yatır, silah-sursat azdır, 15 gündə bir dəfə çimə bilirlər. Gigiyena qaydalarına əməl edilmir. Yeməyə də ancaq ucuz plov verilir”.

Ermənistanda təlim adı ilə çağırılanların Azərbaycan sərhədində döyüş postlarına çıxarılması ilk hal deyil. Bu addımın atılmasında əsas səbəb Ermənistan ordusunda heyət sayının çatışmazlığıdır. Ermənistan rəhbərliyi canlı qüvvə çatışmazlığını təlimə çağırılanların hesabına aradan qaldırmağa çalışır. Digər və gizli hədəflərdən biri isə təxribat hazırlığı ilə bağlıdır. Təcrübə bunu isbat edir. 2022-ci ilin sentyabr təxribatında ölən erməni hərbçilər arasında 25 günlük təlimə çağırılanlar da vardı. Bu ilin aprel ayında isə Ermənistan təlim-məşq toplantısı adı altında 4799 nəfəri orduya cəlb etdi. Bu “təlimlərdən” sonra Ermənistanın sərhəddə təxribat hücumları intensivləşdi. Analoji addımın indi də atılması ehtimalı güclüdür. Təlim adı ilə orduya cəlb edilənlərin məhz Azərbaycanla sərhəddə döyüş mövqeyinə yerləşdirilməsi də Ermənistanın yeni təxribat hücumlarına hazırlaşdığı gözləntisini artırır.

Rusiya ABŞ və İrana görə HƏRƏKƏTƏ KEÇDİ
Rusiya ABŞ və İrana görə HƏRƏKƏTƏ KEÇDİ
Bu gün 33 dərəcə isti olacaq
Bu gün 33 dərəcə isti olacaq
Yeni bir 11 sentyabr hücumu planlaşdırılır? - Gizli hesabat
Yeni bir 11 sentyabr hücumu planlaşdırılır? - Gizli hesabat
Ekspert qlobal istiləşmənin əsas səbəbini AÇIQLADI
Ekspert qlobal istiləşmənin əsas səbəbini AÇIQLADI
25 ilə insanlar 1000 il yaşaya biləcək
25 ilə insanlar 1000 il yaşaya biləcək
Vanqadan qalmaqallı proqnoz: İnsanlar bu il ilk dəfə yadplanetlilərlə tanış olacaq
Vanqadan qalmaqallı proqnoz: İnsanlar bu il ilk dəfə yadplanetlilərlə tanış olacaq
Alkoqol 7 növ xərçəngə səbəb olurmuş
Alkoqol 7 növ xərçəngə səbəb olurmuş
Sabunçu bazarında yanğın baş verdi - Video
Sabunçu bazarında yanğın baş verdi - Video