Bu Şəhərdə

İki aydır qərar verilib: İş saatları nə vaxt dəyişdiriləcək?

Tarix:15-03-2025, 23:42
Baxış Sayı:466

 

Bir müddət öncə Bakı şəhərinin nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi üzrə 2025-2030-cu illər üçün dövlət proqramı təsdiqləndi. Proqramda yer alan əsas məsələlərdən biri iş qrafikinin dəyişdirilməsi idi. Qərarda qeyd edilib ki, dövlət orqanlarının (qurumlarının), təhsil və tibb müəssisələrinin, habelə digər hüquqi və fiziki şəxslərin iş rejiminin dəyişkən iş qrafikinə əsasən təşkili, distant iş rejiminin tətbiqi, həmçinin nəqliyyatda gediş haqlarının günün pik saatlarında baha, digər saatlarda ucuz olması kimi məsələlər diqqət yetirilməli tədbirlərdəndir.

Məsələ ilə əlaqədar mətbuatda yazılar yazıldı, geniş müzakirə olundu. Lakin sərəncamdan iki ay keçməsinə baxmayaraq, hələ də bununla bağlı addımlar atılmayıb.

Maraqlıdır, iş saatları nə vaxt dəyişdiriləcək? Bu istiqamətdə təşəbbüslər varmı?

“Dövlət qurumları öz işini qurur”

Millət vəkili Vüqar Bayramov deyir ki, dövlət proqramında nəzərdə tutulan fəaliyyətlər birmənalı şəkildə reallaşacaq: “Dövlət proqramının təsdiqindən uzun müddət keçməyib. Bu proqramın özəlliyi odur ki, burada hər bir fəaliyyət üzrə zaman müəyyənləşdirilib. Artıq dövlət qurumları proqramda nəzərdə tutulan fəaliyyətlərə uyğun olaraq öz işlərini qururlar. Birmənalı şəkildə dövlət proqramında nəzərdə tutulan fəaliyyətlər icra olunacaq”.

“Qısa müddətdə şahidi olacağıq?”

Millət vəkili deyir ki, proqram həm nəqliyyat sektorunun inkişafı baxımından mühümdür, həm də bütövlükdə Bakı şəhərində tıxacın və sıxlığın aradan qaldırılmasına təkan verəcək: “Proqram bu ildən icra olunmağa başlanıb, iki aya yaxın vaxt keçib. Bu, uzun müddət deyil. Biz növbəti dövrlərdə bu proqram çərçivəsində kifayət qədər əhəmiyyətli və Bakının nəqliyyat infrastrukturuna təsir göstərəcək qaydaları müşahidə edəcəyik. Biz bütövlükdə nəqliyyat infrastrukturunun beynəlxalq standartlara uyğun olaraq daha da təkmilləşdirilməsinin qısa müddətdə şahidi olacağıq”.

İstanbulu silkələyən dəhşətli zəlzələnin vurduğu ziyan YENƏ ARTDI
İstanbulu silkələyən dəhşətli zəlzələnin vurduğu ziyan YENƏ ARTDI
Yeni Papanın seçilməsi üçün imanlılara ÇAĞIRIŞ EDİLDİ
Yeni Papanın seçilməsi üçün imanlılara ÇAĞIRIŞ EDİLDİ
Leyla Əliyeva və Arzu Əliyeva Sumqayıtda ağacəkmə aksiyasında iştirak etdilər
Leyla Əliyeva və Arzu Əliyeva Sumqayıtda ağacəkmə aksiyasında iştirak etdilər
"Skype" bu tarixdə bağlanacaq
"Skype" bu tarixdə bağlanacaq
Eksperiment şüurun beyində harada yerləşdiyini göstərdi
Eksperiment şüurun beyində harada yerləşdiyini göstərdi
Çindən dünyaya səs salacaq sənəd: COVID-19-un ilk izi ABŞ-də tapılıb
Çindən dünyaya səs salacaq sənəd: COVID-19-un ilk izi ABŞ-də tapılıb
Kor olandan sonra "görməyə" başlayan Vanqa SSRİ rəhbərinə nə demişdi?
Kor olandan sonra "görməyə" başlayan Vanqa SSRİ rəhbərinə nə demişdi?
"Sosial yardım" adıyla DƏLƏDUZLUQ: DSMF-dən vətəndaşlara XƏBƏRDARLIQ
"Sosial yardım" adıyla DƏLƏDUZLUQ: DSMF-dən vətəndaşlara XƏBƏRDARLIQ