Bu Şəhərdə

Elektrik enerjisinə necə qənaət etmək olar? - Ekspertdən TÖVSİYƏLƏR

Tarix:2-03-2025, 23:20
Baxış Sayı:411

"Kommunal xidmət tarifləri hər il artır, buna görə də, mənzil-kommunal təsərrüfatı (MKT) ödənişlərini azaltmağın yolları həmişə aktual olaraq qalır. Elektrik enerjisinə qənaət etmək mümkündür. Əlbəttə əvvəlki istehlak səviyyəsi ilə ödəmələrin yarıbayarı azalacağını gözləmək olmaz, bununla belə, aylıq ödəniş məbləğini bir qədər azaltmaq realdır və ilin sonunda bu məbləğ büdcəyə əhəmiyyətli dərəcədə təsir edə bilər".

Bu barədə rusiyalı hüquqşünas, mənzil-kommunal təsərrüfatı məsələləri üzrə ekspert Andrey Fradkin məlumat verib.

Onun tövsiyə etdiyi qənaət yollarını təqdim edirik:

Enerjiyə qənaət edən məişət texnikası seçin

"Ən çox enerji sərf edən məişət texnikasına soyuducular, paltaryuyan və qabyuyan maşınlar daxildir. Əgər onları dəyişməyi planlaşdırırsınızsa, enerji sərfiyyatına dair işarələməyə diqqət yetirin - "A+++" və ya "A++" enerji sinfinə malik modelləri seçin. "C" sinfinə aid cihazlarla müqayisədə bu cihazların enerji sərfiyyatı 30-40% daha azdır", - deyə ekspert izah edib.

Məişət texnikasından rasional istifadə

"Paltaryuyan maşını tam doldurmaq daha sərfəlidir, çünki onu yarımboş vəziyyətdə bir neçə dəfə işlətmək daha çox enerji sərf edir. Əgər qaz sobanız varsa, çaydanı elektrikdən istifadə etmək əvəzinə, qazda qaynadın", - deyə ekspert bildirib.

İşıqlandırmaya diqqət yetirin

"Başqa bir qənaət üsulu köhnə lampaları LED lampalarla əvəz etməkdir. LED lampalar daha az enerji sərf edir və 2-3 il zəmanət müddətinə malikdir", - deyə o vurğulayıb.

O, əlavə olaraq, işıqların lazımsız yerə yanmadığından əmin olmağa çağırıb.

"Otağı tərk edərkən işığı söndürməyi vərdiş halına gətirin. Lokal işıqlandırmaya üstünlük verin - məsələn, çilçıraq əvəzinə torşerlərdən, divar lampalarından və LED işıq zolaqlarından istifadə edin", - deyə ekspert vurğulayıb.

Hərəkət sensorları və enerji səmərəliliyi

Fradkin hərəkət sensorlarının quraşdırılmasının da enerji sərfiyyatını azaltmağa kömək edə biləcəyini vurğulayıb:

"Bu sensorlar otaqda insanların olması və təbii işıq intensivliyinə görə işıqları avtomatik yandırır və söndürür. Quraşdırılmasına ilkin xərc tələb olunsa da, gələcəkdə kommunal ödənişləri azaltmağa kömək edəcək".

İstifadə olunmayan cihazları şəbəkədən ayırın

"Televizor, notbuk və digər cihazlar işləmədikdə, onları sadəcə elektrik yuvasından çıxarmaq enerji sərfiyyatını azaldacaq", - deyə ekspert sözlərini yekunlaşdırıb.

Rusiya bu ölkələrlə əməkdaşlığı dayandırdı: Səbəb nədir?
Rusiya bu ölkələrlə əməkdaşlığı dayandırdı: Səbəb nədir?
Külli miqdarda narkotik vasitəni ölkə ərazisinə keçirən şəxslər saxlanıldı
Külli miqdarda narkotik vasitəni ölkə ərazisinə keçirən şəxslər saxlanıldı
Çinin Zəngəzur dəhlizinə yanaşması diqqət çəkir - "Kaspi"nin TƏHLİLİ
Çinin Zəngəzur dəhlizinə yanaşması diqqət çəkir - "Kaspi"nin TƏHLİLİ
Bank kartınızdakı pulları belə qoruyun
Bank kartınızdakı pulları belə qoruyun
Qonşu ölkə işıqsız qaldı
Qonşu ölkə işıqsız qaldı
Polkovnik: 972 mina xəritəsi Azərbaycana təhvil verilib, 8-i isə hazırlanır
Polkovnik: 972 mina xəritəsi Azərbaycana təhvil verilib, 8-i isə hazırlanır
Ambulator müalicə alan xəstələrə şad xəbər: Pulsuz dərman təminatı nə vaxt başlayacaq?
Ambulator müalicə alan xəstələrə şad xəbər: Pulsuz dərman təminatı nə vaxt başlayacaq?
Həftəsonu bəzi yerlərə yağış yağacaq
Həftəsonu bəzi yerlərə yağış yağacaq