Elə insanlar var ki, onların həyatı, fəaliyyəti elinə, xalqına, vətəninə xidmətə həsr olunur. Müdriklər demişkən, "xalq üçün, vətən üçün yaşanan ömür əsl insan ömrüdür".
Belə insanların ömrü çətin, mənalı və şərəfli olur, başı həmişə el içində uca olur. Onlar öz xoşbəxtliyini, səadətini, varlığını vətənə, xalqa ləyaqətlə xidmətdə görür. Belə insanlar öz xalqının, millətinin mənəvi siması, genefondudur desək səhv etmərik. Tam məsuliyyət və qürurla deyə bilərik ki, belə insanlardan biri də sözün həqiqi mənasında, gözəl insan, Ağdam 33 saylı tam orta məktəbin direktoru Nəsibə xanım Hüseynovadır.
Nəsibə xanım öz peşəkarlığı və insanlara qayğıkeşliyi ilə seçilən insandır. Şərəfli vəzifəyə yiyələnən Nəsibə xanım bu işin müqəddəsliyini qoruyub saxlayır. Kömək etdiyi hər kəsin rəğbətini qazanan insanlardandır.
Ağdam 33 saylı tam orta məktəbin direktoru Nəsibə xanım Hüseynova qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur. Onların heç bir müraciətini geri çevirməyən Nəsibə xanım Hüseynova səlahiyyətləri çərçivəsində hər cür köməklik göstərməyə həmişə hazırdır.
Ulu Öndər Heydər Əliyevin siyasi kursuna daim sadiqdir. Heç bir təmanna güdmədən, tutduğu vəzifədən asılı olmayaraq, vəzifədə olub-olmamasından asılı olmayaraq prezident İlham Əliyevə, dövlətə və dövlətçiliyimizə sabit, stabil, sadiq adamdır. Heç bir qüvvə onu heç vaxt əqidəsindən döndərə bilməz.
O, böyük müəllimi və idealı olan Heydər Əliyev kimi layiqli insanlara dəyər verməkdən zövq alır! Yüksək texniki biliyi və təhsili olan, yüksək iqtisadi, siyasi və təcrübi qabiliyyətləri olan istedad sahibidir! O, həmçinin ani və düzgün qərar qəbul edən nadir insanlardandı! Prezident İlham Əliyevdən nümunə götürən Nəsibə xanımın böyüklüyü onun sadəliyində və insanlara insani münasibətindədir! İnsanlara maksimum diqqət və qayğıyla yanaşır, onların problemlərini həll edərək, onların dövlətimizə və Prezidentimizə inamını artırır! Nəsibə xanım öz işinin peşəkarı bir insandır.
Nəsibə xanım Hüseynova bütün işləri yüksək professionallıqla və böyük operativliklə icra edir! Bunun sirri onun Ağdam 33 saylı tam orta məktəbin direktoru kimi çoxsahəli professional olmasıyla, dövlətçiliyimizin və prezidentimizin yüksək reytinqini hər şeydən uca tutmasıyla bağlıdır!
Ona etibar edilən bütün işlərdə Nəsibə xanım Hüseynova özünü doğruldub. Bizdə hörmətli Nəsibə xanım Hüseynovanı dövlətimizə, xalqımıza şərəfli xidmətində yeni-yeni uğurlar başarılar diləyirik.