Bu Şəhərdə

Bu şəxslərə pul mükafatı veriləcək

Tarix:18-02-2025, 13:02
Baxış Sayı:522

 

Vəzifə funksiyalarının nümunəvi icrasına və ya xidməti nailiyyətlərinə görə fərqlənmiş diplomatik xidmət orqanı əməkdaşlarına həvəsləndirmə tədbirləri tətbiq oluna bilər.

Bu, Prezident İlham Əliyevin təsdiqlədiyi “Diplomatik xidmət haqqında qanun“da əksini tapıb.

Sənədə əsasən, həmin həvəsləndirmə tədbirləri aşağıdakılardır:

təşəkkür elan edilmə;

pul mükafatı;

qiymətli hədiyyə ilə mükafatlandırılma;

fəxri fərman ilə təltif edilmə;

növbəti diplomatik rütbənin vaxtından əvvəl verilməsi;

qüvvədə olan intizam tənbehi tədbirinin vaxtından əvvəl götürülməsi.

Həvəsləndirmə tədbirinin tətbiqi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) rəhbəri tərəfindən həyata keçirilir.

Diplomatik xidmət orqanı əməkdaşları fərdi və ya kollektiv qaydada həvəsləndirilə bilərlər.

Diplomatik xidmət orqanı əməkdaşının fərdi həvəsləndirilməsi onun xidməti fəaliyyətinin qiymətləndirilməsinin nəticəsinə uyğun olaraq, habelə diplomatik xidmət orqanının əməkdaşı tərəfindən vəzifə funksiyaları nümunəvi icra edildikdə, fəaliyyətində yüksək nailiyyətlər əldə olunduqda, mühüm tapşırıqlar vaxtında və keyfiyyətlə yerinə yetirildikdə həyata keçirilir.

Diplomatik xidmət orqanı əməkdaşlarının kollektiv həvəsləndirilməsi diplomatik xidmət orqanının fəaliyyət istiqamətləri üzrə işlər və ya mühüm tapşırıqlar vaxtında və keyfiyyətlə yerinə yetirildikdə, habelə Azərbaycan Respublikasının bayram günləri ilə və digər əlamətdar hadisələrlə əlaqədar həyata keçirilir.

Diplomatik xidmət orqanı əməkdaşları xüsusi xidmətlərinə görə Azərbaycan Respublikasının orden, medal və fəxri adları ilə təltif olunmaq üçün təqdim oluna bilərlər.

Diplomatik xidmət orqanı əməkdaşlarının mükafatlandırılması məqsədilə hər il növbəti il üçün təsdiq olunan dövlət büdcəsində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) diplomatik xidmət orqanı əməkdaşları üçün müəyyən olunmuş aylıq vəzifə maaşının 3 (üç) misli həcmində əlavə vəsait nəzərdə tutulur.

Göyərçinlər xəstəlik yayır - Alimlərdən XƏBƏRDARLIQ
Göyərçinlər xəstəlik yayır - Alimlərdən XƏBƏRDARLIQ
Sağlam uşaq doğan ən uyumlu qan qrupları
Sağlam uşaq doğan ən uyumlu qan qrupları
Bünövrədən, yoxsa hazır binadan mənzil alaq? - Hansı daha SƏRFƏLİDİR?
Bünövrədən, yoxsa hazır binadan mənzil alaq? - Hansı daha SƏRFƏLİDİR?
Qüdsdə bayram tədbirində erməni keşişlərin əxlaqsızlığı - Video
Qüdsdə bayram tədbirində erməni keşişlərin əxlaqsızlığı - Video
Bu vitamin çatışmazlığı xəstəliyə səbəb olur
Bu vitamin çatışmazlığı xəstəliyə səbəb olur
Türkiyəyə xarici yatırım 92% artdı: Azərbaycan ilk 5-likdə
Türkiyəyə xarici yatırım 92% artdı: Azərbaycan ilk 5-likdə
Yer kürəsini maqnit qasırğaları bürüyəcək - İki gün davam edəcək...
Yer kürəsini maqnit qasırğaları bürüyəcək - İki gün davam edəcək...
Daha bir mif dağıdıldı: Xolesterolu azaldan xüsusi pəhriz yoxdur!
Daha bir mif dağıdıldı: Xolesterolu azaldan xüsusi pəhriz yoxdur!