Bu Şəhərdə

İnsanlar günün hansı saatlarında özlərini daha yaxşı hiss edirlər?

Tarix:8-02-2025, 21:21
Baxış Sayı:489

BMJ Mental Health jurnalında dərc olunan araşdırmaya görə, insanlar adətən səhər saatlarında özlərini daha yaxşı hiss edirlər və günün ən pis anı gecə yarısıdır. Alimlər həmçinin həftənin günü və ilin fəsillərinin də bu vəziyyətə təsir etdiyini müəyyən ediblər.

Tədqiqatçılar günün müxtəlif saatlarının psixi sağlamlıq (depressiya və ya narahatlıq simptomları), xoşbəxtlik (hedonik rifah), həyat məmnuniyyəti və sosial rifah üzərindəki təsirini öyrəniblər.

Bu məqsədlə London Universitet Kollecinin COVID-19 sosial araşdırması əsasında 49,218 nəfərin məlumatları analiz edilib. Araşdırma mart 2020-ci ildən noyabr 2021-ci ilə qədər davam edib, daha sonra isə 2022-ci ilin martına qədər əlavə müşahidələr aparılıb.

Məlumatlar göstərir ki, insanlar səhərlər günün ən yüksək əhval-ruhiyyəsində olurlar. Onlar günün bu saatlarında ən az depressiya və narahatlıq simptomları yaşayır, özlərini daha az tənha hiss edir və həyatlarından daha çox razı qalırlar.

Gecə yarısı isə əksinə, əhval-ruhiyyə ən aşağı səviyyəyə çatır.

Bazar ertəsi və cümə günləri insanlar xoşbəxtlik, həyat məmnuniyyəti və həyatın mənası baxımından daha yüksək qiymətləndirmə aparıblar.

Çərşənbə axşamları da insanların daha xoşbəxt olduğu günlərdən biridir.

Bazar günləri isə əhval-ruhiyyənin daha aşağı olduğu müşahidə edilib.

Fəsillərlə bağlı aparılan araşdırmalarda isə məlum olub ki, psixi sağlamlıq baxımından ən yaxşı dövr yay fəslidir. Qış aylarında depressiya, narahatlıq və tənha hiss etmə səviyyəsi daha yüksək olur. Yaz və payızda isə psixoloji vəziyyət nisbətən daha sabitdir.

Alimlər vurğulayırlar ki, bu nəticələr gündəlik rejimə və mövsümi dəyişikliklərə uyğun olaraq psixi sağlamlığın dəstəklənməsinə kömək edə bilər.

Göyərçinlər xəstəlik yayır - Alimlərdən XƏBƏRDARLIQ
Göyərçinlər xəstəlik yayır - Alimlərdən XƏBƏRDARLIQ
Sağlam uşaq doğan ən uyumlu qan qrupları
Sağlam uşaq doğan ən uyumlu qan qrupları
Bünövrədən, yoxsa hazır binadan mənzil alaq? - Hansı daha SƏRFƏLİDİR?
Bünövrədən, yoxsa hazır binadan mənzil alaq? - Hansı daha SƏRFƏLİDİR?
Qüdsdə bayram tədbirində erməni keşişlərin əxlaqsızlığı - Video
Qüdsdə bayram tədbirində erməni keşişlərin əxlaqsızlığı - Video
Bu vitamin çatışmazlığı xəstəliyə səbəb olur
Bu vitamin çatışmazlığı xəstəliyə səbəb olur
Türkiyəyə xarici yatırım 92% artdı: Azərbaycan ilk 5-likdə
Türkiyəyə xarici yatırım 92% artdı: Azərbaycan ilk 5-likdə
Yer kürəsini maqnit qasırğaları bürüyəcək - İki gün davam edəcək...
Yer kürəsini maqnit qasırğaları bürüyəcək - İki gün davam edəcək...
Daha bir mif dağıdıldı: Xolesterolu azaldan xüsusi pəhriz yoxdur!
Daha bir mif dağıdıldı: Xolesterolu azaldan xüsusi pəhriz yoxdur!