Bu Şəhərdə

Azərbaycanda ən çox istifadə olunan sosial ŞƏBƏKƏLƏR

Tarix:5-02-2025, 22:37
Baxış Sayı:523

 

Ötən ay Azərbaycanda ən çox istifadə edilən sosial şəbəkə "İnstagram" olub.

"StatCoznter"in məlumatına görə, bu dövrdə "İnstagram"ın Azərbaycanın sosial şəbəkə bazarındakı payı 36,04% təşkil edib. Bu isə 2024-cü ilin dekabr ayı ilə müqayisədə 11,05 faiz bəndi və illik müqayisədə 1,13 faiz bəndi azdır.

İstifadəçi sayına görə, ikinci yerdə 25,82% payla "Facebook" qərarlaşıb. Sosial şəbəkənin bazar payı bir öncəki ayla müqayisədə 9,79 faiz bəndi, ötən ilin eyni dövrü ilə müqayisədə 7,5 faiz bəndi çox olub.

Ölkədə üçüncü ən çox istifadə edilən sosial şəbəkə 16,14% payla "Pinterest" olub. Bu, aprel ayı ilə müqayisədə 0,77 faiz bəndi, illik müqayisədə 3,85 faiz bəndi azdır.

Ötən ay "YouTube" sosial şəbəkəsinin Azərbaycandakı bazar payı aylıq müqayisədə 3,41 faiz bəndi, illik 0,1 faiz bəndi artaraq 13,38%-a çatıb. Dövr ərzində "YouTube" istifadəçi sayına görə dördüncü yerdə qərarlaşıb.

Ötən ay "X" sosial şəbəkəsi ölkəmizdəki bazar payını aylıq 1,61 faiz bəndi, illik 1,81 faiz bəndi azaldaraq 5,05%-lə beşinci yerdə dayanıb.

İstifadəçi sayına görə, altıncı yeri 1,91% payla "Reddit" sosial şəbəkəsi tutub. Sosial şəbəkə Azərbaycandakı bazar payını aylıq 0,31 faiz bəndi, illik 0,49 faiz bəndi artırıb.

Yanvar ayında "Linkedin" sosial şəbəkəsi 0,91% bazar payı ilə yeddinci yerdə qərarlaşıb. Sosial şəbəkə ölkədəki bazar payını aylıq 0,14%, illik 0,32% azaldıb.

Göyərçinlər xəstəlik yayır - Alimlərdən XƏBƏRDARLIQ
Göyərçinlər xəstəlik yayır - Alimlərdən XƏBƏRDARLIQ
Sağlam uşaq doğan ən uyumlu qan qrupları
Sağlam uşaq doğan ən uyumlu qan qrupları
Bünövrədən, yoxsa hazır binadan mənzil alaq? - Hansı daha SƏRFƏLİDİR?
Bünövrədən, yoxsa hazır binadan mənzil alaq? - Hansı daha SƏRFƏLİDİR?
Qüdsdə bayram tədbirində erməni keşişlərin əxlaqsızlığı - Video
Qüdsdə bayram tədbirində erməni keşişlərin əxlaqsızlığı - Video
Bu vitamin çatışmazlığı xəstəliyə səbəb olur
Bu vitamin çatışmazlığı xəstəliyə səbəb olur
Türkiyəyə xarici yatırım 92% artdı: Azərbaycan ilk 5-likdə
Türkiyəyə xarici yatırım 92% artdı: Azərbaycan ilk 5-likdə
Yer kürəsini maqnit qasırğaları bürüyəcək - İki gün davam edəcək...
Yer kürəsini maqnit qasırğaları bürüyəcək - İki gün davam edəcək...
Daha bir mif dağıdıldı: Xolesterolu azaldan xüsusi pəhriz yoxdur!
Daha bir mif dağıdıldı: Xolesterolu azaldan xüsusi pəhriz yoxdur!