Bu Şəhərdə

Moskva İrəvanı Bakı və Ankara ilə qorxutdu: Hücum edəcəklər

Tarix:1-02-2025, 22:39
Baxış Sayı:449

 

İrəvanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) rəsmi çıxması, eləcə də Rusiya qoşunlarının Ermənistandan çıxarılması halında Türkiyə və Azərbaycanın Ermənistana qarşı zorakı tədbirləri üçün ilkin şərtlər yaxın illərdə yarana bilər.

Bu iddia E.M. Primakov adına Dünya İqtisadiyyatı və Beynəlxalq Münasibətlər Milli Tədqiqat İnstitutunun “Ermənistanın xarici siyasəti yol ayrıcında: çoxvektorlu böhran” adlı məqaləsində bildirilir.

İMEMO-nun saytında dərc olunan hesabatda qeyd olunur ki, 2022-ci ildən Ermənistan rəhbərliyi Rusiya və KTMT ilə hərbi-texniki sahədə münasibətləri məhdudlaşdırır, eyni zamanda ABŞ, NATO və Avropa İttifaqı ilə tərəfdaşlığı artırır. Eyni zamanda ekspertlər qeyd edirlər ki, ABŞ İrəvana ciddi təhlükəsizlik təminatları vermir və Avropa İttifaqının üzvləri arasında Ermənistan ordusunun yenidən silahlanmasına yalnız Fransa, Yunanıstan və Kipr yardım edir və buna hazır olduqlarını nümayiş etdirirlər.

“Bununla belə, Ermənistan-Azərbaycan hərbi toqquşması baş verəcəyi təqdirdə bu dövlətlər Ermənistanın təhlükəsizliyinin etibarlı təminatçısı kimi çıxış edə bilməyəcəklər”, - hesabatda deyilir.

"Onların hərəkətləri yalnız Ankara və Bakını vəziyyətin əlverişli olduğu halda "erməni problemi"ni güc yolu ilə həll etmək imkanlarına inandırır. Bunun üçün ilkin şərtlər KTMT-dən rəsmi çıxmaq və Rusiyanın hərbi mövcudluğunun ləğvi halında yarana bilər”, - İMEMO qeyd edib.

Göründüyü kimi, Ermənistana təsir edə bilməyən Rusiya artıq bu ölkəni Türkiyə və Azərbaycanın “hücumu” ilə qorxudur. Yəni Rusiyanın əslində “saman çöpü”ndən yapışdığı bəllidir. Nə Türkiyənin, nə də Azərbaycanın Ermənistana hücum etmək niyyəti yoxdur. İstək ondan ibarətdir ki, bir çox ölkələrin maraq dairəsində olan Zəngəzur dəhlizi açılışın. Bunu isə istəməyən ölkələrdən biri də Rusiyadır. Çünki Rusiya bu dəhlizə özü nəzarət etmək istəyir. İndiki halda isə bu mümkün deyil. Ona görə də, Moskva bütün vasitələrlə bu prosesi yubatmağa çalışır. Son variantlardan biri də, Ermənistanı Türkiyə və Azərbaycanla qorxutmaqdır. Amma ümidsiz variantdır.

Göyərçinlər xəstəlik yayır - Alimlərdən XƏBƏRDARLIQ
Göyərçinlər xəstəlik yayır - Alimlərdən XƏBƏRDARLIQ
Sağlam uşaq doğan ən uyumlu qan qrupları
Sağlam uşaq doğan ən uyumlu qan qrupları
Bünövrədən, yoxsa hazır binadan mənzil alaq? - Hansı daha SƏRFƏLİDİR?
Bünövrədən, yoxsa hazır binadan mənzil alaq? - Hansı daha SƏRFƏLİDİR?
Qüdsdə bayram tədbirində erməni keşişlərin əxlaqsızlığı - Video
Qüdsdə bayram tədbirində erməni keşişlərin əxlaqsızlığı - Video
Bu vitamin çatışmazlığı xəstəliyə səbəb olur
Bu vitamin çatışmazlığı xəstəliyə səbəb olur
Türkiyəyə xarici yatırım 92% artdı: Azərbaycan ilk 5-likdə
Türkiyəyə xarici yatırım 92% artdı: Azərbaycan ilk 5-likdə
Yer kürəsini maqnit qasırğaları bürüyəcək - İki gün davam edəcək...
Yer kürəsini maqnit qasırğaları bürüyəcək - İki gün davam edəcək...
Daha bir mif dağıdıldı: Xolesterolu azaldan xüsusi pəhriz yoxdur!
Daha bir mif dağıdıldı: Xolesterolu azaldan xüsusi pəhriz yoxdur!