Bu Şəhərdə

Ölümcül allergik reaksiya yaradan "Lay's" cipsləri satışdan yığılır - Azərbaycanda durum necədir?

Tarix:30-01-2025, 22:21
Baxış Sayı:461

 

ABŞ-də "Lay's" brendinin istehsal etdiyi cipslər məhsulun etiketində göstərilməyən süd tərkibli komponentlərin olması səbəbindən geri çağırılıb. Bununla bağlı ABŞ Qida və Dərman İdarəsinin (FDA) məlumatında bildirilib ki, həmin məhsullar birinci sinif risk qrupu elan edilib. Bu da o deməkdir ki, sözügedən marka məhsulları həyati təhlükə yaradan allergik reaksiyalara səbəb ola bilər.

ABŞ-də bəzi məhsul partiyalarının geri çağırılması ilə bağlı yayılan məlumatlarla əlaqədar sorğusuna cavab olaraq Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) bildirilib ki, qeyd olunan məhsul partiyaları ölkəmizə idxal edilməyib.

"Xarici mediada və müvafiq təşkilatlar tərəfindən yayılan bu cür məlumatlar AQTA-nın mütəxəssisləri tərəfindən mütəmadi şəkildə təhlil olunaraq, qida təhlükəsizliyinin təmin olunması üçün zəruri tədbirlər görülür", - deyə məlumatda bildirilib.

Laktoza həssaslığı olan və ya laktoza çatışmazlığından əziyyət çəkən insanların tərkibində süd komponenti olan qidaları qəbul etdikləri zaman yarana biləcək fəsadlar barədə allerqoloq Günel Məmmədova bildirib ki, həmin insanların orqanizmində müvafiq komponentləri parçalayacaq fermentlərin olmaması allergik reaksiya yaradır.

O deyib ki, bu halda ilkin əlamətlər ishal, qusma, ürəkbulanma olur:

"Əgər şəxsin süd komponentlərinə allergiyası varsa, ilk dəfə bədəndə buna həssaslıq yaranır, növbəti dəfə qəbul edildiyi halda isə allergiya verir. İlkin əlamətlər göründüyü halda həmin şəxs mütləq həkimə müraciət etməlidir. Belə hallarda allerqoloq ikinci dərəcəli olur. Şəxsə daha çox mədə-bağırsaq həkimi müdaxilə edir. Onun vəziyyətindən asılı olaraq ambulator və ya stasionar yardım göstərilməlidir. Mədə-bağırsaq yuyulmalı, qusma əleyhinə preparatlar istifadə olunmalıdır".

Həkim deyib ki, bu, qida allergiyası kimi qeydə alınır və ağırlaşmış hallarda səpgi, zəhərlənmə ilə müşahidə oluna bilər.

Qeyd edək ki, mövcud məsələ ilə bağlı "Lay's"in Azərbaycanda satışını təşkil edən şirkətlə əlaqə saxlamaq mümkün olmayıb.

Göyərçinlər xəstəlik yayır - Alimlərdən XƏBƏRDARLIQ
Göyərçinlər xəstəlik yayır - Alimlərdən XƏBƏRDARLIQ
Sağlam uşaq doğan ən uyumlu qan qrupları
Sağlam uşaq doğan ən uyumlu qan qrupları
Bünövrədən, yoxsa hazır binadan mənzil alaq? - Hansı daha SƏRFƏLİDİR?
Bünövrədən, yoxsa hazır binadan mənzil alaq? - Hansı daha SƏRFƏLİDİR?
Qüdsdə bayram tədbirində erməni keşişlərin əxlaqsızlığı - Video
Qüdsdə bayram tədbirində erməni keşişlərin əxlaqsızlığı - Video
Bu vitamin çatışmazlığı xəstəliyə səbəb olur
Bu vitamin çatışmazlığı xəstəliyə səbəb olur
Türkiyəyə xarici yatırım 92% artdı: Azərbaycan ilk 5-likdə
Türkiyəyə xarici yatırım 92% artdı: Azərbaycan ilk 5-likdə
Yer kürəsini maqnit qasırğaları bürüyəcək - İki gün davam edəcək...
Yer kürəsini maqnit qasırğaları bürüyəcək - İki gün davam edəcək...
Daha bir mif dağıdıldı: Xolesterolu azaldan xüsusi pəhriz yoxdur!
Daha bir mif dağıdıldı: Xolesterolu azaldan xüsusi pəhriz yoxdur!