Bu Şəhərdə

Həkim səhvinin qurbanı: Məsuliyyət kimin üzərinə düşür ?

Tarix:15-01-2025, 22:17
Baxış Sayı:411

 

Son günlər əməliyyatdan sonra halı pisləşən və ya həyatını itirən insanlarla bağlı olan gündəm hamımızda həkimlərə qarşı güvənsizlik yaradıb.

Bəs əməliyyatdan sonra məsuliyyət kimin üzərinə düşür? 

Cərrah Bəhruz Məmmədov deyib ki, pasientə düzgün diaqnoz qoymadan əməliyyat etmək həkimin məsuliyyətidir. 

Elə bir əməliyat yoxdur ki, orda hər şey ideal olsun. Tibdə 100 faizlik qaranti demək düzgün deyil. Tibb nə keçmişdə, nə də indi üçün dəqiq elm sayılmır. İstənilən əməliyyatda risk var. 

Cərrahi əməliyyatlarındakı qiymət fərqinə gəldikdə isə bu həkimdən asılı olaraq dəyişir. 

Səhlənkarlıq nəticəsində ölən pasientin məsuliyyətin daşıyan həkim hansı məsuliyyəti daşıyır?

Vəkil Anar Ramazanov deyib ki, səhlənkarlıq nəticəsində bir şəxsin ölməsi daha ağır cinayət məsuliyyəti yaradır. Sözügedən şəxs isə 5 ilədək azadlıqdan mərhum edilə bilər. Əgər 2 və daha artıq şəxs ölərsə, 7 ilədək azadlıqdan mərhum edilə bilər. 

Təəssüf ki, bəzi klinikalarda tibbi sertifikatsız pkatiki əməliyyatlara girdiyini də eşidirik. 

Qeyd edək ki, Səhiyyə Nazirliyi bir müddət əvvəl qanunsuz çalışan həkimlərlə bağlı araşdırmalara başlayıb. Qurumun qərarına əsasən, xüsusi komissiya da yaradılıb. Belə ki, tibb fəaliyyəti ilə məşğul olan plastik cərrahlar peşə fəaliyyətinin qanunauyğunluğunu təsdiq edən sənədlərinin notarial qaydada təsdiq edən surətini bu ayın sonunadək Səhiyyə Nazirliyinə şəxsən təqdim etməlidirlər.

Göyərçinlər xəstəlik yayır - Alimlərdən XƏBƏRDARLIQ
Göyərçinlər xəstəlik yayır - Alimlərdən XƏBƏRDARLIQ
Sağlam uşaq doğan ən uyumlu qan qrupları
Sağlam uşaq doğan ən uyumlu qan qrupları
Bünövrədən, yoxsa hazır binadan mənzil alaq? - Hansı daha SƏRFƏLİDİR?
Bünövrədən, yoxsa hazır binadan mənzil alaq? - Hansı daha SƏRFƏLİDİR?
Qüdsdə bayram tədbirində erməni keşişlərin əxlaqsızlığı - Video
Qüdsdə bayram tədbirində erməni keşişlərin əxlaqsızlığı - Video
Bu vitamin çatışmazlığı xəstəliyə səbəb olur
Bu vitamin çatışmazlığı xəstəliyə səbəb olur
Türkiyəyə xarici yatırım 92% artdı: Azərbaycan ilk 5-likdə
Türkiyəyə xarici yatırım 92% artdı: Azərbaycan ilk 5-likdə
Yer kürəsini maqnit qasırğaları bürüyəcək - İki gün davam edəcək...
Yer kürəsini maqnit qasırğaları bürüyəcək - İki gün davam edəcək...
Daha bir mif dağıdıldı: Xolesterolu azaldan xüsusi pəhriz yoxdur!
Daha bir mif dağıdıldı: Xolesterolu azaldan xüsusi pəhriz yoxdur!