Bu Şəhərdə

TƏBİB-dən ölkədə tüğyan edən virusla bağlı AÇIQLAMA

Tarix:15-01-2025, 22:13
Baxış Sayı:488

 

Son zamanlar Azərbaycanda soyuqdəymə, qızdırma, boğaz ağrızı və s. simpotmlarla müşayiət olunan virus geniş vüsət alıb.

Çoxları bu xəstəliyin yeni virus olduğunu iddia edir və 1 ay ərzində çətinliklə sağaldıqlarını bildirirlər.

Təkcə son iki gün ərzində isə 3 nəfərin qeyd olunan simptomların təsirində naməlum virusdan həyatlarını itirdikləri barədə mediada məlumatlar yayılıb.

TƏBİB-dən Lent.az-ın sorğusuna cavab olaraq deyilib ki, respirator virus xəstəliklərinin yayılması mövsümi xarakter daşıyır. Kliniki əlamətlərə əsasən bədən hərarətində yüksəlmə, öskürək, halsızlıq, burun axıntısı və tıxanıqlığı, boğaz ağrısı aiddir. Lakin bu simptomlara görə xəstəliyə hansı virusun səbəb olduğunu təyin etmək çətindir. Virus təyin olunsa belə bu xəstəliklərin etioloji müalicəsi olmadığına görə beynəlxalq təşkilatların tövsiyələrində laborator diaqnostikaya çox da yer verilmir.

Onu da əlavə edək ki, sözügedən xəstəliklər əsasən ev şəraitində müəyyən bir müddət ərzində öz-özünə sağala bilir. Lakin xroniki xəstəliyə malik və ya immun sistemi zəif olan insanlarda xəstəliyin ağırlaşma ehtimalı yüksəkdir.

Buna görə də kliniki simptomlarda aqresivləşmə hiss edilən xəstələrin həkimə müraciət etməsi mütləqdir. Belə xəstələr həkim-mütəxəssis tərəfindən zamanında dəyərləndirilməli, stasionar və ya ambulator müalicə qərarı verilməli, xəstəliyə ciddi nəzarət olunmalıdır.

Göyərçinlər xəstəlik yayır - Alimlərdən XƏBƏRDARLIQ
Göyərçinlər xəstəlik yayır - Alimlərdən XƏBƏRDARLIQ
Sağlam uşaq doğan ən uyumlu qan qrupları
Sağlam uşaq doğan ən uyumlu qan qrupları
Bünövrədən, yoxsa hazır binadan mənzil alaq? - Hansı daha SƏRFƏLİDİR?
Bünövrədən, yoxsa hazır binadan mənzil alaq? - Hansı daha SƏRFƏLİDİR?
Qüdsdə bayram tədbirində erməni keşişlərin əxlaqsızlığı - Video
Qüdsdə bayram tədbirində erməni keşişlərin əxlaqsızlığı - Video
Bu vitamin çatışmazlığı xəstəliyə səbəb olur
Bu vitamin çatışmazlığı xəstəliyə səbəb olur
Türkiyəyə xarici yatırım 92% artdı: Azərbaycan ilk 5-likdə
Türkiyəyə xarici yatırım 92% artdı: Azərbaycan ilk 5-likdə
Yer kürəsini maqnit qasırğaları bürüyəcək - İki gün davam edəcək...
Yer kürəsini maqnit qasırğaları bürüyəcək - İki gün davam edəcək...
Daha bir mif dağıdıldı: Xolesterolu azaldan xüsusi pəhriz yoxdur!
Daha bir mif dağıdıldı: Xolesterolu azaldan xüsusi pəhriz yoxdur!