Bu Şəhərdə

Gənc nəsil üçün iki əsas təhlükə: Sosial media və mərc oyunları

Tarix:14-01-2025, 13:00
Baxış Sayı:469

 

"Son illərdə gənc nəsil iki əsas təhlükə ilə sosial media xüsusilə "TikTok"un mənfi təsirləri və mərc oyunlarının cazibədar, amma zərərli tələləri ilə  üz-üzə qalırlar. Hər iki faktor onların intellektual və mənəvi inkişafına ciddi zərbə vurur".

Bu barədə təhsil eksperti Kamran Əsədov deyib.

O bildirib ki, "TikTok"un yaydığı asan əyləncə şagirdlərin diqqətini uzunmüddətli məqsədlərdən yayındırır. Təhsil üçün vacib olan konsentrasiya və dərin düşüncə qabiliyyətlərini itirən gənclər, günümüz trendlərinə qapılaraq vaxtlarını mənasız videolarla keçirirlər. Bununla yanaşı "TikTok"da yayılan qeyri-sağlam məzmun onların əxlaqi dəyərlərini zəiflədir.

"Tələbələr arasında mərc oyunlarının artması isə ayrı bir faciə olaraq qarşıya çıxır. Gələcəyini qurmağa çalışan gənclər, bu oyunlara aludə olaraq maddi və mənəvi cəhətdən böyük itkilər yaşayırlar. Tələbə kreditləri və ya ailə büdcəsini riskə atan gənclər, qumar tələsinə düşərək həyatlarını və gələcəklərini məhv edirlər.

Bu problemlərin qarşısını almaq üçün yalnız valideynlər deyil, cəmiyyətin hər bir üzvü məsuliyyət daşıyır. Sosial media və mərc oyunlarının yaratdığı təhlükələr barədə maarifləndirmə kampaniyaları keçirilməli, gənclərə sağlam həyat tərzi və məqsədyönlü düşüncə öyrədilməlidir. Əks halda, bu tələlər gələcək nəsilimizi ciddi şəkildə mənfi təsir altına alacaq".

Göyərçinlər xəstəlik yayır - Alimlərdən XƏBƏRDARLIQ
Göyərçinlər xəstəlik yayır - Alimlərdən XƏBƏRDARLIQ
Sağlam uşaq doğan ən uyumlu qan qrupları
Sağlam uşaq doğan ən uyumlu qan qrupları
Bünövrədən, yoxsa hazır binadan mənzil alaq? - Hansı daha SƏRFƏLİDİR?
Bünövrədən, yoxsa hazır binadan mənzil alaq? - Hansı daha SƏRFƏLİDİR?
Qüdsdə bayram tədbirində erməni keşişlərin əxlaqsızlığı - Video
Qüdsdə bayram tədbirində erməni keşişlərin əxlaqsızlığı - Video
Bu vitamin çatışmazlığı xəstəliyə səbəb olur
Bu vitamin çatışmazlığı xəstəliyə səbəb olur
Türkiyəyə xarici yatırım 92% artdı: Azərbaycan ilk 5-likdə
Türkiyəyə xarici yatırım 92% artdı: Azərbaycan ilk 5-likdə
Yer kürəsini maqnit qasırğaları bürüyəcək - İki gün davam edəcək...
Yer kürəsini maqnit qasırğaları bürüyəcək - İki gün davam edəcək...
Daha bir mif dağıdıldı: Xolesterolu azaldan xüsusi pəhriz yoxdur!
Daha bir mif dağıdıldı: Xolesterolu azaldan xüsusi pəhriz yoxdur!