Bu Şəhərdə

Kapitalbank kartdan bu pulları çıxacaq - 10 yanvara dək - RƏSMİ AÇIQLAMA

Tarix:8-01-2025, 11:04
Baxış Sayı:411

 

"Kapital Bank" "BakıKart" ödənişləri zamanı istifadə edilən biletlərə görə geri qaytarılan məbləğlərlə bağlı məsələyə aydınlıq gətirib.

Açıqlamada deyilir:

"Bildiyiniz kimi, Bakı və Abşeron ərazisində metro və avtobuslardan istifadə edən sərnişinlər gedişhaqlarını fiziki kart olmadan asanlıqla ödəyə bilirlər. Bunun üçün "Birbank" mobil tətbiqində QR bilet yaratmaq kifayətdir. Bilet yaradıldığı andan etibarən 1 dəqiqə ərzində istifadə edilə bilər. İstifadə edilməyən biletlərə görə ödənilən məbləğ 3-30 gün ərzində müştərinin hesabına geri qaytarılır.

Noyabr ayında isə texniki xəta səbəbindən müştərilərin "BakıKart" QR biletləri üzrə istifadə etmədikləri biletlərlə yanaşı, istifadə etdikləri biletlərin ödənişləri də onların hesablarına geri qaytarılıb.

Bu səbəbdən də bank tərəfindən müştərilərə bildiriş göndərilərək məlumat verilib ki, istifadə edilən biletlərə görə 29 noyabr - 4 dekabr tarixləri aralığında onların hesablarına qaytarılan vəsait 10 yanvar tarixinədək müvafiq kart balansından çıxılacaq. 

Bu mövzuda sualları olan müştərilər "Birbank" mobil tətbiqində 29 noyabr - 4 dekabr tarixlərini əhatə edən əməliyyat tarixçələrinə baxaraq hesablarını yoxlaya və ya 196 "Sorğu mərkəzi" ilə əlaqə saxlaya bilərlər".

Göyərçinlər xəstəlik yayır - Alimlərdən XƏBƏRDARLIQ
Göyərçinlər xəstəlik yayır - Alimlərdən XƏBƏRDARLIQ
Sağlam uşaq doğan ən uyumlu qan qrupları
Sağlam uşaq doğan ən uyumlu qan qrupları
Bünövrədən, yoxsa hazır binadan mənzil alaq? - Hansı daha SƏRFƏLİDİR?
Bünövrədən, yoxsa hazır binadan mənzil alaq? - Hansı daha SƏRFƏLİDİR?
Qüdsdə bayram tədbirində erməni keşişlərin əxlaqsızlığı - Video
Qüdsdə bayram tədbirində erməni keşişlərin əxlaqsızlığı - Video
Bu vitamin çatışmazlığı xəstəliyə səbəb olur
Bu vitamin çatışmazlığı xəstəliyə səbəb olur
Türkiyəyə xarici yatırım 92% artdı: Azərbaycan ilk 5-likdə
Türkiyəyə xarici yatırım 92% artdı: Azərbaycan ilk 5-likdə
Yer kürəsini maqnit qasırğaları bürüyəcək - İki gün davam edəcək...
Yer kürəsini maqnit qasırğaları bürüyəcək - İki gün davam edəcək...
Daha bir mif dağıdıldı: Xolesterolu azaldan xüsusi pəhriz yoxdur!
Daha bir mif dağıdıldı: Xolesterolu azaldan xüsusi pəhriz yoxdur!