Bu Şəhərdə

Yeni virus sərhədimizə çatdı: sərt tədbirlər gündəmdə: COVID-19 ssenarisi təkrarlanır?

Tarix:Dünən, 13:34
Baxış Sayı:467

 

Xəbər verdiyimiz kimi, dünyada yeni metapnevmovirus (HMPV) adlı respirator virus yayılıb. Çində aşkarlanan yeni virusa Qazaxıstan, Qırğızıstan, Rusiya və Hindistanda da yoluxma qeydə alınıb. Virusun artıq sərhədimizə qədər gəlib çatması vətəndaşlarda təşviş yaratmağa başlayıb. Hətta “pandemiya”, “ikinci COVID-19 dövrü” kimi şayiələr də yayılmaqdadır. Vətəndaşlar haqlı olaraq “2020-ci il ssenarisi təkrarlanırmı?” sualına cavab axtarırlar. COVID-19 virusu da ilk Çindən yayılaraq bütün dünyanı ağuşuna almışdı. Qlobal pandemiyaya səbəb olan bu virusa görə ən azı 7 milyon insan ölmüşdü.

Bəs insanlar eyni aqibəti yaşamamaq üçün özlərini yeni virusdan necə qorumalıdır?

ABŞ-da Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzinin (CDC) məlumatına görə, bu virus ilk dəfə 2001-ci ildə Niderlandda aşkar edilsə də, daha əvvəl onilliklər ərzində aramızda olduğu təxmin edilir.

İnsan metapnevmovirusu adətən soyuqdəyməyə bənzər simptomlara səbəb olan bir virusdur. Bu virus uşaqdan qocaya qədər geniş bir yaş aralığında görülə və immun sistemi zəif olan şəxslərdə ciddi sağlamlıq problemlərinə səbəb ola bilər. Xüsusilə qış və yaz aylarında daha çox rast gəlinən HMPV, qrip və digər tənəffüs yolu infeksiyaları ilə qarışdırıla bilən simptomlar göstərir.

Çox vaxt yüngül olan bu infeksiya ağır hallarda pnevmoniya və bronxiolit kimi ağırlaşmalara səbəb ola bilər. Əksər insanlar HMPV-ə 5 yaşına çatmazdan əvvəl yoluxurlar. Bu zaman artıq immunitet yaranır və yenidən yoluxma zamanı simptomlar adətən yüngül olur.

Məsələ ilə bağlı açıqlama verən infeksionist Vasif Əliyev xəstəliyin simptomları və qorunma yolları barədə danışıb.

O bildirib ki, sözügedən virusun ən önəmli məqamlarından biri onun hava damcı yolu ilə yoluxmasıdır:

“Bu, pnevmovirus ailəsinə adi bir virusdur. Yuxarı və aşağı tənəffüs yolları infeksiyasına hətta pnevmaniyaya səbəb ola bilir. 5-9 günlük inkubasiya dövrü olduğu bilinir. Uşaqlar, immunsupressif xəstələr, xroniki böyrək, ağciyər, qaraciyər, ürək çatışmazlığı olan xəstələr daha ağır formada keçirə bilərlər. Onlarda ölüm riski daha çoxdur. Əsas alamətləri öskürək, burun axıntısı, nəfəs darlığı, sinədə xışıltı və yüksək temperaturdur.

Təbii ki, bu əlamətlər başqa viruslarda da rastlana bilir. Ona görə də yalnız əlamətlərə görə bu virusu aydınlaşdırmaq çətindir. Bunu ayırd etmək üçün mütləq burundan yaxma, “Respirator panel” götürmək lazımdır.

Uşaq vaxtı bu xəstəliyi keçirmiş insanlarda davamlı qoruyucu immunitet yarandığı üçün onlar təkrar yoluxduqda daha yüngül formada keçirə bilərlər”.

İnfeksionist xəbərdarlıq edir ki, xəstəliyin erkən mərhələsində antibiotik, gərəksiz sistem müalicəsi ilə müdaxilə etmək qətiyyən olmaz. Onun sözlərinə görə, bu müdaxilə xəstəliyi daha da ağırlaşdıra bilər:

“Müalicə yolları simptomatikdir. Dəqiq bir antivirus yoxdur, ribavirin istifadə olunur. Ancaq onun da digər antiviruslardan hər hansı bir üstünlüyü yoxdur. Eyni zamanda bu virusa qarşı təsdiqlənmiş peyvənd də yoxdur. Ona görə də ən doğru yolu simptomatik müalicədir. Həmçinin xəstəliyə yoluxmamağa çalışmaq lazımdır.

Buna görə də xəstə olan insanlardan uzaq durmaq, mövsümə uyğun geyinmək, sağlam qidalanmaq, digər viruslardan qorunmaq lazımdır. Həmçinin bol maye qəbul etmək və istirahət rejimi də doğru seçimdir. Ara məsafəsinin gözlənilməsi, gigiyenik qaydalara əməl olunması vacib faktorlardır.

Ehtiyac halında maska istifadəsi, COVID dönəmində tanış olduğumuz tədbirlər təkrar gündəmə gələ bilər.

Xəstələrə tövsiyəm odur ki, ev şəraitində qalsınlar, birinci növbədə izolyasiya ən doğru addımdır. Xəstəlikdən sağalsalar belə daim nəzarət altında olmalıdırlar”.

Qeyd edək ki, Çindəki xəstəxanalarda maska ​​taxan insanları əks etdirən görüntülərin ortaya çıxması virusun kəskin yayılması ilə bağlı iddialara səbəb olub. Bəzi yerli mənbələr xəstəxanalardakı vəziyyəti COVID-19-un başlanğıcı ilə müqayisə edir.

Epidemik Mübarizə və İnnovasiyalar Mərkəzinin təsisçi direktoru Tulio de Oliveira HMPV-nin Çində epidemiyaya səbəb olan dörd virusdan biri olduğunu bildirib. Digər üçü qrip, COVID və respirator sinsitial (RSV) virusdur.

Professorun sözlərinə görə, bu virusa görə Çin xəstəxanalarında qarışıqlıq yarana bilər.

Bu o deməkdir ki, hazırda 5 il əvvəlkindən, yəni COVID-19-un yayıldığı ilk dövrdəkindən daha ciddi hazırlıqlara başlanılıb.

Paşinyan Əliyevin növbəti tələbini bu gün qəbul etdi - Erməni deputat detalları açdı
Paşinyan Əliyevin növbəti tələbini bu gün qəbul etdi - Erməni deputat detalları açdı
Yeni virus sərhədimizə çatdı: sərt tədbirlər gündəmdə: COVID-19 ssenarisi təkrarlanır?
Yeni virus sərhədimizə çatdı: sərt tədbirlər gündəmdə: COVID-19 ssenarisi təkrarlanır?
Pensiya alan qadınlara pis xəbər - İyuldan...
Pensiya alan qadınlara pis xəbər - İyuldan...
Pensiya artımları niyə fevraldan ödəniləcək? - Deputat AÇIQLADI
Pensiya artımları niyə fevraldan ödəniləcək? - Deputat AÇIQLADI
Türkiyə ordusu hazır vəziyyətə gətirildi - Nə gözlənilir?
Türkiyə ordusu hazır vəziyyətə gətirildi - Nə gözlənilir?
Azərbaycanın Milli Qəhrəmanı Mətləb Quliyevin doğum günüdür
Azərbaycanın Milli Qəhrəmanı Mətləb Quliyevin doğum günüdür
Whatsapp işlədənlərə XƏBƏRDARLIQ: 80 manata qədər…
Whatsapp işlədənlərə XƏBƏRDARLIQ: 80 manata qədər…
Kişi və qadın beyinləri fərqli imiş - Sübut olundu
Kişi və qadın beyinləri fərqli imiş - Sübut olundu