Bu Şəhərdə

Təyyarə qəzası: Kreml Bakıdakı əsas “silah”ını işə salacaqmı?

Tarix:Dünən, 12:27
Baxış Sayı:444

 

Təyyarə gərginliyindən sonra Rusiya Azərbaycandakı "5-ci kolon"unu hərəkətə keçirə bilərmi? Kremlin ölkəmizdə ictimai rəyə təsir edən agentləri, siyasi partiyalar, QHT-lər, media və s. sahələrdə adamları varmı? Rəsmi Bakı son proseslər fonunda Moskvanı neytrallaşdıracaq hansı resurslara malikdir?

Politoloq Elxan Şahinoğlu deyib ki, Azərbaycan müstəqilliyini qazandığı gündən müxtəlif dövlətlərin ölkəmizdə maraqlarını qoruyan qüvvələr olub:

"Bu, Rusiyaya da aiddir. Moskvanın təsir agentləri qonşu ölkələrin bir çoxunda, o cümlədən Azərbaycanda da mövcuddur. Bir sıra Qərb ölkələri Azərbaycanla münasibətlərdə strateji səhvlərə yol veriblər. Bəzən bundan Rusiyanın təsir agentləri öz məqsədləri üçün istifadə edirlər.

Azərbaycan Ukraynanın ərazi bütövlüyünü dəstəkləyir, lakin ölkəmizdə bu müharibədə Rusiyanın mövqeyini dəstəkləyənlər də var. Əlbəttə, bu fikirdə olanların hamısı Rusiyanın təsir agentləri deyil. Amma Rusiyadakı mərkəzlər əllərindən gələni edirlər ki, yaxın və uzaq ölkələr müharibə ilə bağlı məhz Kremlin mövqeyini müdafiə etsinlər. Halbuki Rusiya Ukraynaya qarşı işğalçı müharibə aparır və Azərbaycan işğalçının yanında ola bilməz.

Politoloq bildirib ki, Qərbin ölkəmizdəki informasiya resurslarının əl-qolu bağlanıb:

"Amerikanın səsi" və ya "Azadlıq radiosu"nun Bakıdakı ofisləri qapanıb. Rusiyanın bir neçə informasiya resursu isə ölkəmizdə fəaliyyətini davam etdirir. Həmin informasiya resurslarında azərbaycanlı jurnalistlər çalışır və çoxu ölkəmizin maraqlarından kənara çıxmırlar. Ancaq məsələ burasındadır ki, həmin resurslara rəhbər Moskvada təyin olunur. Azərbaycanda Rusiyanın təsir agentləri olsa da, təyyarə hadisəsindən sonra dilləri qısadır. Fakt ortadadır: Rusiya hərbi qüvvələri Azərbaycanın sərnişin təyyarəsini vurub və Prezident İlham Əliyev buna görə Kremlə ölkəmizin tələblərini bildirib.

Kreml Bakının haqlı tələblələrini yerinə yetirməyə həvəsli deyil. Belə vəziyyətdə Rusiyanın Azərbaycandakı təsir agentləri susmağa üstünlük verirlər. Ancaq bu o demək deyil ki, onlar ölkəmiz üçün təhlükəli deyil. Rusiyaya bərabərhüquqlu tərəfdaşlar deyil, vassallar lazımdır. Azərbaycan isə heç vaxt Rusiyanın vassalı olmayacaq".

Şirvan Şəhər icra Nümayəndəsi Ceyhun müəllim Ulu Öndər Heydər Əliyevin siyasi kursuna daim sadiqdir
Şirvan Şəhər icra Nümayəndəsi Ceyhun müəllim Ulu Öndər Heydər Əliyevin siyasi kursuna daim sadiqdir
Sabirabad rayon Mənzil kommunal təsərrüfat birliyinin müdiri Yusif Sadıqov Ulu Öndər Heydər Əliyevin siyasi kursuna daim sadiqdir
Sabirabad rayon Mənzil kommunal təsərrüfat birliyinin müdiri Yusif Sadıqov Ulu Öndər Heydər Əliyevin siyasi kursuna daim sadiqdir
Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının rektoru Fuad Hacıyev Ulu Öndər Heydər Əliyevin siyasi kursuna daim sadiqdir
Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının rektoru Fuad Hacıyev Ulu Öndər Heydər Əliyevin siyasi kursuna daim sadiqdir
Dünya pravoslavları Milad bayramını qeyd edir
Dünya pravoslavları Milad bayramını qeyd edir
Xəzər dənizi ilə bağlı böyük təhlükə: Mütəxəssisdən HƏYƏCAN TƏBİLİ
Xəzər dənizi ilə bağlı böyük təhlükə: Mütəxəssisdən HƏYƏCAN TƏBİLİ
Xəzər dənizində suitilərin kütləvi ölümünün səbəbi məlum oldu
Xəzər dənizində suitilərin kütləvi ölümünün səbəbi məlum oldu
Antibiotiklər gücünü itirir: Dünya yeni pandemiya ilə qarşı-qarşıya
Antibiotiklər gücünü itirir: Dünya yeni pandemiya ilə qarşı-qarşıya
Bu şəxslərə ev veriləcək
Bu şəxslərə ev veriləcək