Bu Şəhərdə

Ana və oğlunu, daha sonra özünü bıçaqlayan şəxsə hökm oxundu

Tarix:17-09-2024, 18:08
Baxış Sayı:2

 

Lənkəranın Tükəvilə kəndində ana və oğlunu bıçaqlamaqda təqsirləndirilən Firqət Fuad oğlu Ağazadənin məhkəməsi yekunlaşıb.

APA xəbər verir ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsində hakim Oruc Cəlilovun sədrliyi ilə keçirilən iclasda hökm elan olunub.

Hökmə əsasən Firqət Fuad oğlu Ağazadə 9 il azadlıqdan məhrum edilib.

Xatırladaq ki, rayonun Tükəvilə kənd sakini, 2003-cü il təvəllüdlü Firqət Fuad oğlu Ağazadə rayonun Separadi kənd sakini, 1994-cü il təvəllüdlü Valeh Nadir oğlu Məmmədova məxsus fermada onun anası 1957-ci il təvəllüdlü Cəvahir Mürsəl qızı Məmmədovanı bıçaqlayıb.

Anasının səsinə gələn Valeh Məmmədov da F.Ağazadənin hücumuna məruz qalıb.

Sonra isə Firqət Ağazadə özünə bıçaqla xəsarət yetirib.

Hər üç şəxs müxtəlif dərəcəli bədən xəsarətləri ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Firqət Ağazadənin isə tibbi yardımdan göstəriləndən sonra polis şöbəsinə təhvil verilib.

Faktla bağlı Lənkəran Rayon Polis Şöbəsində araşdırma aparılaraq Firqət Ağazadə saxlanılaraq istintaqa təhvil verilib. Barəsində 126.2.3 maddəsi ilə istintaq başlayıb.

Türkiyədə otel faciəsinə görə AĞIR CƏZA TƏLƏBİ - Günahlarını belə yuya bilərlər
Türkiyədə otel faciəsinə görə AĞIR CƏZA TƏLƏBİ - Günahlarını belə yuya bilərlər
HƏMAS-ın İsrailə hücumunun HƏDƏFİ AÇIQLANDI
HƏMAS-ın İsrailə hücumunun HƏDƏFİ AÇIQLANDI
Bu gün hava yağmursuz keçəcək
Bu gün hava yağmursuz keçəcək
“Avroviziya-2025”in qalibi bu ölkə oldu - YENİLƏNDİ
“Avroviziya-2025”in qalibi bu ölkə oldu - YENİLƏNDİ
Avropanın ən stresli hava limanları - 34,7 min baqaj yoxa çıxıb
Avropanın ən stresli hava limanları - 34,7 min baqaj yoxa çıxıb
Elgünün ailəsindən YENİ AÇIQLAMA: "Hər kəs uydurma xəbər paylaşır"
Elgünün ailəsindən YENİ AÇIQLAMA: "Hər kəs uydurma xəbər paylaşır"
Leyla Əliyevanın qızı dünya çempionatında finala yüksəldi
Leyla Əliyevanın qızı dünya çempionatında finala yüksəldi
İsrail “Eurovision”dakı mahnıya görə erməniləri təhqir etdi: İrəvanda dəli oldular
İsrail “Eurovision”dakı mahnıya görə erməniləri təhqir etdi: İrəvanda dəli oldular